KRISTAL TOWERS

Satış şərtləri
Nağd satış və ya daxili kredit : 30 % ilkin ödənişlə 24 ay müddətinə manatla ödəmə
Layihənin statusu
Tikintisi bitməyib
Ünvan
Neftçi Qurban Abbasov küçəsi 32, 34, 36 Səbail rayonu

 

Kristal Towers təqdim edildi!

 

Kristal Abşeron şirkəti daha bir premium layihəsini təqdim etdi. Şirkət bu günə qədər inşa etdiyi ən premium layihəsi, gözəllik və dəbdəbənin sintezi Kristal Towers-i 2019-cu ilin sonunda təhvil veməyi planlaşdırır. Kristal Abşeron bu layihədə premium müştərilərinə xitab edəcək bulvar və şəhər mənzərəli mənzillər təklif edir.

 

 “Kristal Abşeron”  bu layihəsində də istifadə edilən Avropa istehsallı brend tikinti material və aksessuarları ilə kefiyyət və təhlükəsizliyin harmoniyasını yaradıb. Premium seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan Kristal Towers 16 mərtəbədən ibarətdir. Burada fasad üçün nəm, istilik və soyuğa qarşı xüsusi izolyasiya edici materialdan istifadə ediləcək. Mənzillərə quraşdırılacaq İtaliya istehsalı olan 3 qat və 2 kameralı təbii taxta pəncərələr küləklər şəhərinin səs və soyuğuna, eyni zamanda nəmişliyə davamlıdır. 3,5 metr hündürlüklü mənzillər standard ölçülərdən daha artıqdır. Premium keyfiyyətin daha bir nümunəsi isə burada istifadə ediləcək Finlandiya istehsalı ən təhlükəsiz KONE liftləridir. Bina fasadı xüsusi zövqlə işlənmiş mərmər materialı ilə  üzlənəcək.

 

Kristal Towers-i tərk etmədən bir sıra xidmətlər sakinlərin ixtiyarında olacaq. Burada yeraltı qaraj, ticarət mərkəzi, fitness və spa mərkəzləri fəaliyyət göstərəcək. Sizi özəl hiss etdirəcək daha bir məqam isə  konsyerj xidmətidir. Sevdikləriniz, ailə üzvləri və dostlarınızla gözəl şam edə biləcəyiniz gözəl məkan- qüllənin sonuncu mərtəbəsində yerləşən restoran isə zövqünüzə oxşayacaq.     

 

 Təklif etdiyi şərait və xidmətlərlə komfort nümunəsi olan Kristal Towers həm də yerləşmə yeri ilə sakinlərinin arzusuna çevriləcək. Dünyagöz klinikasının arxasında yerləşən premium layihə şəhərə və bulvara gözəl panoraması ilə seçilir. Hər səhər dənizə açılan mənzərəni seyr etməklə yuxudan oyanmağı kim istəməz ki?! Özünüzə və yaxınlarınıza bu gözəlliyi bəxş etməkdən çəkinməyin. Ən gözəl anlarınızı doya-doya yaşamaq istədiyiniz lüks apartamentlər artıq sizin ola bilər.

Kristal Abşeron – Xəyallarınızı inşa edirik!

İpoteka Kalkulyatoru

manat
manat
manat

* Dövlət ipoteka fondunun qərarına əsasən illik faiz dərəcəsi 7% olan ödənişlərdə maksimal məbləğ 150.000 manat təşkil edir.

* Dövlət ipoteka fondunun qərarına əsasən illik faiz dərəcəsi 4% olan ödənişlərdə maksimal məbləğ 100.000 manat təşkil edir.

( 050)297 10 10 / ( 050) 256 00 50 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!