FAQ

19 illik təcrübə
17 tamamlanmış layihə
12 davam edən layihə

Müştərilər tərəfindən ən çox soruşulan suallar



1. Hansı layihələrdə hazır mənzillər var?

-   Təhvil verilmiş layihələr barədə aşağıdaki keçiddən istədiyiniz məlumatı ala bilərsiniz:

  http://kristalabsheron.az/az/projects/index

2. Layihədəki otaqlarda dəyişiklik (переделка) etmək olar mı?

-   Mənzillərdə hörgü işləri başlayana qədər mənzilin layihəsində daşıyıcı kalonlara müdaxilə etmədən dəyişiklik (переделка) etmək mümkündür.

3. Kommunal xidmətlərə nə daxildir?

-   Kommunal xidmətlərə binanın mühafizə xidməti, blokların işiqlandırılması və işiq generatorlarının saz vəziyyətdə saxlanılması , bina koridorlarının və həyətinin təmizliyi, liftlərin saz vəziyyətdə saxlanılması, məişət tullantılarının təyin olunan yerdən daşınması xərcləri daxildir.

4. Kommunal xərcləriniz nə qədərdir?

-   Kommunal xərclər layihənin yerləşmə yerindən asılı olaraq dəyişir.

5. Liftlərin keyfiyyəti necədir?

-   Liftlər alman markası olan Wittur firmasının istehsalıdır. Qapı mexanizminə görə , keyfiyyətinə görə seçilən bu liftlər tam təhlükəsizdir. Kabinləri geniş və  işıqlıdır. 630kg sərnişinlər üçün və 1000kg isə yük üçün nəzərdə tutulmuş liftlər mövcuddur. 

Lift motorları İtalyan brendi olan Alberto Sassi firmasındandır ki , təhlükəsizlik baxımından ən yüksək normalara cavab verir. Ən hündür binalarının liftlərini  belə ehtiyyat güc saxlamaqla idarə edə bilən bu motorlar , həm də sığorta sisteminə malikdir. Fövqəladə hal baş verdiyi zaman liftə komanda verilərək 1 m. məsafədə durdurulur və içəridəki insanlar tam rahat evakuasiya oluna bilir.

6. Liftləri qaraj və mansard mərtəbədən istifadə etmək olurmu?

-   Bu layihədən asılı olaraq dəyişir. Ətraflı məlumat üçün 1544 nömrəsinə zəng edə bilərsiniz.

7. Yaşayış komplekslərinin həyətində uşaqlar üçün meydança varmı?

-   Bəli, inşa edilən bütün yaşayış binalarının həyətində sakinlərin istirahəti və uşaqların oynaması üçün meydançalar nəzərdə tutulur.

8. TV, internet və telefon xətti varmı?

-   Bəli, inşa edilən bütün layihələrdə mərkəzləşdirilmiş fiber optik internet, telefon və TV xətti (rəqəmsal peyk yayım sistemi) quraşdırılmışdır.

 9. Mərkəzi istilik sisteminiz varmı?

-   Tarif şurasının qeyri-əhali üçün 01.12.2016-cı il tarixindən etibarən qüvvəyə minən yeni qərarına əsasən mənzillərin qızdırılması üçün qazanxanalarda istifadə edilən təbii qazın 1 kub metrinin qiyməti iki dəfə artırılmış qiymətlə (1 kub metr = 0.20 manat) hesablanır və bu MTK-lara da şamil olunur. Bu zaman MTK mənzillərinin isidilməsi üçün mərkəzi istilik sistemi (qazanxana) ilə təmin edilən binaların isti su və istilik təminatında yaranan xərclər iki dəfə artmış oldu. Bu səbəbdən inşa edilən binalar fərdi kombi sistemi ilə təmin edilir. Dövlət tərəfindən ayrılan illik 1500 kub metr təbii qazın köhnə qiymətlə (1 kub metr = 0.10 manat) istifadəsi əhali üçün nəzərdə tutulduğundan, mənzillərdə quraşdırılan fərdi kombi sistemi MTK-nın qazanxana sistemindən 2 dəfədən artıq daha sərfəlidir.

 10. Mənzillərdə kombi sistemi mövcuddurmu?

-   İnşası davam edən binalardaki mənzillər kombi sistemi ilə təchiz edilir və sakinlər üçün sərfəli qiymətə kombilər təklif olunur.


1.Təhvil verilərkən mənzillər qaz ilə təmin olunurmu?

-   Bəli bütün mənzillər qazla təmin olunur.

2.Mənzillərə çıxarış sənədi (kupça) verilirmi?

-   Bina təhvil verilən zaman bütün mənzillər çıxarış (kupça) sənədi və texniki passport ilə təmin olunur.

3.Mənzillərin təhvilində gecikmə olurmu?

-   Tikintidə və təmirdə istifadə olunan əksər materialların Avropa ölkələrindən gətirildiyini və mövsümi amillərini  nəzərə aldıqda qısa-müddətli (1-2 ay) gecikmələr baş verə bilər.

4.Təhvil verilmədən öncə sayğaclar quraşdırılırmı ?

-   Bəli mənzillər təhvil verilərkən mənzillərdə qaz, soyuq su və işiq sayğacları quraşdırılmış olur.

5.Mənzil mebel ilə təhvil verilirmi?

-   Xeyr, mənzillər mebel ilə təhvil verilmir.

6.Mənzillər kombi ilə təhvil verilirmi?

-   İnşası davam edən binalardaki mənzillər kombi sistemi ilə təchiz edilir. 

1.Təmirə zəmanət verilir mi?

-   Müştəri mənzili təhvil alarkən təmirə nəzarət edən mühəndislər müştəri ilə birlikdə mənzilə baxış keçirir , təmirdə hər hansı bir nöqsan aşkar olunarsa aradan qaldırılır və daha sonra təhvil-təslim aktı imzalanır. Təhvildən sonra şirkət tərəfindən qaynaqlanan hər hansı problemə qarşı sakinlərə köməklik göstərilir.

2.Bina qurumadan edilən təmirin keyfiyyətinə necə zəmanət verilir?

-   Bütün binalarda təmir, quruma bitdikdən sonra aparılır. Binanın tez qurumasının əsas səbəbləri əksər tikinti şirkətlərindən fərqli olaraq tikinti prosesində düzgün texnologiyanın istifadə olunması və eyni anda binanın üç mərtəbəsində Almaniya istehsalı armatur-beton-qəlib işlərinin görülməsi istifadə edilməsidir.

3.Təmirə nə daxildir?

-   Təmirə Belarusiya istehsalı mənzilin daxili qapıları, Türkiyə istehsalı giriş qapısı, Alman texnologiyası ilə istehsal olunmuş plastik qapı və pəncərələr, İtaliya istehsalı oboylar, Türkiyənin E.C.A. firmasının istehsalı hamam aksesuarları, İspaniya istehsalı kafel - metlax, Macarıstan istehsalı parket döşəmə(palıd)  və s. daxildir. Bundan başqa mənzillər fərdi istilik sistemi (kombi sistemi) ilə təmin olunur.

  Ətraflı məlumat üçün bu keçiddən məlumat ala bilərsiz:

  http://kristalabsheron.az/az/quality

4.Mənzil sahibi təmirə nəzarət edə bilirmi?

-   Bəli, digər tikintilərdən fərqli olaraq mənzil sahibi öncədən təyin edilmiş vaxtda təhlükəsizlik tədbirlərinin riayət edərək mənzilinin təmirinə nəzarət edə bilər.

5.Evin dizaynında və təmirdə istifadə olunan materiallarda seçim etmək olurmu?

-   Bəli, şirkət tərəfindən təklif edilən müxtəlif zövqə uyğun təmir materialları arasında seçim etmək mümkündür. Təklif edilən materiallar müştərinin istəyinə uyğun olmasa, müştəri zövqünə uyğun materialı alıb təmir zamanı istifadə etdirə bilər. Bu zaman materialın təmirdə istifadə olunması üçün heç bir əlavə xərc tələb olunmur.

1.İlkin ödənişsiz satış varmı?

-   Təəssüf ki, ilkin ödənişsiz satış şərtləri artıq qüvvədə deyil.

2.Təmirsiz satış varmı?

-   Elmlərdə yerləşən Merida Premium və İnqilabda yerləşən Royal Residence layihələri istisna olmaqla təmirsiz satışımız mövcud deyil.

3.Təmirsiz satış nəyə görə yoxdur?

-   Şirkətimizin tikinti sektorundakı 15 illik təcrübəsinə, müşahidələrinə və ən önəmlisi müştərilərin istəklərinə əsasən 2011-ci ildən etibarən Azərbaycanda ilk dəfə olaraq mənzillərin kütləvi şəkildə təmirinə başlanılmışdır. Əsas məqsədimiz müştərilərimizi təmir qayğısından azad etmək və qısa müddətdə tam təmirli mənzillər ilə təmin etməkdir. Təcrübə göstərir ki, təmirsiz təhvil verilən binalarda mənzillərin təmiri sahibləri tərəfindən müxtəlif zamanlarda aparıldığından yaranan səs-küy və digər təmir problemləri bina sakinlərinin daimi narahatçılığına səbəb olur. Bina mənzillərinin təmiri müxtəlif zamanlarda olduğu üçün koridorlar və ümumi istifadə üçün nəzərdə tutulan ərazilər natəmiz və liftlər isə nasaz vəziyyətdə olur. Bütün bunları nəzərə alaraq düşünürük ki, mənzillərin tam təmirli təhvil verilməsi sakinlərin rahatlığını təmin etmək üçün ən doğru addımdır.

4.Ərazilərə görə qiymət dəyişirmi?

-   Bəli layihənin yerləşdiyi ərazidən və binanın xüsusiyyətlərindən asılı olaraq qiymətlər dəyişir.

5.Nəğd aldıqda qiymətə təsir edirmi?

-   Bəli nəğd aldıqda endirim tətbiq olunur.

6.Minimal qiymətlər hansı layihələrə aiddir?

-   Müxtəlif layihələrdə yerləşən mənzillərin qiymətləri yerləşdiyi ərazidən, binanın xüsusiyyətlərindən, mənzilin ölçüsündən və s. səbəblərdən asılı olaraq dəyişir.

7.Bünövrə qoyulandan (котлован) sonra satış başlayırmı?

-   Bəli, bünövrə qoyulduğu andan etibarən mənzillərin satışı həyata keçirilir.

8.Mənzillərin qiyməti mərtəbədən və s. səbəblərdən dəyişirmi?

-   Bəli layihələrdən asılı olaraq mənzillərin qiyməti mərtəbəyə, panoramaya və s. səbəblərə görə dəyişə bilər.

9.        Mənzil almaq üçün Bakı qeydiyyatında olmaq lazımdırmı?

-   Xeyr, Azərbaycan vətəndaşı olan istənilən şəxs mənzil sahibi ola bilər.

10.        Qiymət binanın hansı mərhələdə olmasından dəyişirmi?

-   Bəli, tikinti mərhələsindən asılı olaraq qiymət dəyişir.

11.        Sizdə XX filialdan alınan mənzili XX filiala dəyişmək mümkündürmü?

-   Bəli, xüsusi hallarda bu mümkündür. Bunun üçün satış ofisinə yaxınlaşaraq mənzilin alınma şərtlərinə (nəğd,dövlət ipotekası,uzun-müddətli bank krediti,daxili kredit və s.) baxılmalı və ona uyğun qərar verilməlidir.

1.İpoteka almaq üçün dövlət işində işləmək şərtdirmi?

-   Xeyr, iş yerindən arayış və əmək haqqını əks etdirən sənədin olması kifayətdir.

2.Kredit şərtləriniz necədir?

-20%-dən başlayan ilkin ödəniş. İllik 10% olmaqla, 20 ilədək kredit müddəti.

3.Kredit üçün tələb olunan sənədlər hansılardır?

-   Kredit almaq üçün rəsmi iş yerindən arayış tələb olunur.

4.Tək şəxsiyyət vəsiqəsi ilə kreditə ev almaq olur mu?

-   Şəxsiyyət vəsiqəsi ilə daxili kredit şərtləri ilə mənzil sahibi olmaq mümkündür. Daxili kredit şərtləri 30% ilkin ödəniş, kredit müddəti isə 5 ili təşkil edir.

5.Kreditləşmə üçün tələb olunan əmək haqqı nə qədər  olmalıdır ?

-   Tələb olunan əmək haqqı miqdarı yalnız müştərinin bina və mənzil seçimindən asılı olaraq dəyişir.

6.İllik % dərəcəsi azalan %-dir ?

- Bəli, uzun müddətli ipoteka kredit hesablaması annuitet hesablama qaydası ilə aparılır.

7.Daxili kredit şərtləriniz necədir?

-   Daxili kreditlə mənzil sahibi olmaq istəyən müştərilər 30% ilkin ödəniş etməklə beş ilədək hissəli ödəməklə mənzil sahibi ola bilərlər.

8.Kredit vaxtından əvvəl ödənərsə faizlər silinirmi?

-   Bəli uzun müddətli ipoteka krediti əldə edən müştərilər təyin edilən aylıq ödəniş məbləğindən artıq ödəniş edərsə və ya təyin edilən müddətdən tez qalıq məbləği ödəniş edərsə növbəti ayların faiz borcu hesablanmır. Bu halda nəticə etibari ilə müştərilər öncədən təyin olunmuş kredit qrafikinə görə daha az faizlə ödəniş etmiş olur.

9.İpoteka kreditinin sənədləşməsi nə qədər müddətdə tamamlanır?

-   İpoteka kreditinin verilməsində, sənədləşdirilmə prosedurunun sürətləndirilməsi üçün şirkətimiz tərəfindən müştərilərə köməklik göstərilir və 1 həftə ərzində sənədləşmə proseduru tamamlanaraq müştəri mənzil ilə təmin edilir.

10.        Mən Azərbaycan vətəndaşıyam lakin xarici ölkədə rəsmi işləyirəm, ipoteka krediti götürə bilərəm?

-   Bəli, mümkündür. Bunun üçün əmək haqqı kartından çıxarış və iş yerində arayış tərcümə olunaraq təqdim olunur.

11.        Mənim rəsmi iş yerim yoxdur lakin 2 ildən artıqdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul oluram, vergi ödəyicisiyəm ipoteka krediti götürə bilərəmmi?

-   Bəli, rəsmi olaraq qeydiyyatda olan hər bir sahibkar ipoteka krediti götürə bilər. Bunun üçün müştrəi vergi şəhadətnaməsini və vergi bəyannəməsini təqdim etməlidir.

12.         İpoteka krediti əldə etmək üçün qeydiyyatla bağlı məhdudiyyət varmı (rayon, şəhər yaxud Naxçıvan MR)?

-   Xeyr, heç bir məhdudiyyət yoxdur. İstənilən Azərbaycan Respublikası vətəndaşı mövcud şərtlərdən faydalana bilər.

13.        Mənim rəsmi gəlirim ipoteka götürməyə kifayət etmir mənimlə birgə borcalan kimi kim çıxış edə bilər?

-   Borcalan kəsə tələb olunan eyni sənədləri təqdim etməklə borcalanla birlikdə 3-dən artıq olmamaq şərti ilə yəni maksimum 3 nəfər birgə müraciət edə bilər və mütləq birinci xətt qohumları və bunu təsdiq edən sənədlər olmalıdır  (ata, ana, bacı, qardaş, övlad, həyat yoldaşı).

14.        Gənc ailə dedikdə kimləri nəzərdə tutursuz? Mənim 36 yaşım var ama yeni evlənmişəm mən gənc ailə hesab olunurammı?

-   Xeyr, gənc ailə dedikdə 35 yaşadək evli şəxslər yaxud da 35 yaşadək öhdəliyində azyaşlı övladı olan subay şəxslər başa düşülür. (həyat yoldaşı vəfat etmiş yaxud nikahı pozulmuş)

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər: (ipoteka  kreditindən illik 4%-lə  istifadə etmək hüququ vardır)

a. Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

b. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

c. Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

d. Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

e. Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

f. Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

g. İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).

Ətraflı aşağıdaki linkdə məlumat əldə edə bilərsiz.

www.amf.az

15.         Mən iş yerindən arayış almaqda çətinlik çəkirəm elektron arayış təqdim edə bilərəmmi?

-   Bəli, edə bilərsiz. Elektron arayış müştəri tərəfindən elektron hökumət portalından (www.e-gov.az saytından) qeydiyyatdan keçməklə əldə olunub çap edilir.

16.        İpotekası olan şəxs 2-ci  ipoteka ala bilərmi?

-    Bəli,  illik 7-10%  ilə kredit alanlarda ümumi kredit məbləği 150 000 manatı, illik 4% ilə kredit alanlarda 100 000 manatı keçməmək şərti ilə ikinci dəfə ipoteka krediti götürmək mümkündür.

17.        İlkin ödənişi çox olanda aylıq ödəniş azalır?

-   Bəli, istənilən kredit növündə təyin olunan minimum ilkin ödəniş məbləğindən artıq məbləğ ödənərsə aylıq ödəniş aşağı düşür.

18.        Dövlət İpotekasının güzəştli şərtlərindən kimlərin istifadə etmək hüququ var?

-   Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

-   Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

-   Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

-   Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

-   Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.

1.Mansard mərtəbədəki evlərə çıxarış sənədi (kupça) verilir mi?

-   Bəli, şirkətimiz tərəfindən inşa edilən bütün mənzillərə çıxarış sənədi və texniki pasport verilir.

2.Mansard mərtəbəyə lift qalxırmı?

-   Layihədən asılı olaraq bu dəyişir.

3.Mansard mərtəbədəki evlərin tavanı necədir (mayillik)?

-   Mansard mərtəbədə mənzillərin hündürlüyü digər mənzillər kimi eynidir ancaq bəzi mənzillərin tavanında dam örtüyünün kənarlarına görə müəyyən mayilliklər ola bilər.

4.Mansard mərtəbədə mənzillərin hündürlüyü necədir?

-   Mansard mərtəbədəki mənzillərin hündürlüyü digər mənzillərin tavanları ilə eyni hündürlükdədir.

5.Mansard evlərdə gələcəkdə problem yaşanırmı?

-   Mansart mərtəbədəki mənzillərin tavanı beton örtük olmamasına baxmayaraq, mənzillərin tavanı və binanın dam örtüyü baş verə biləcək hallara qarşı iki-qat izolyasiya olunur. Belə ki, şifer qatının altından 2 qat dikt materialı və 2 qat izolyasiya döşənir.

1.Evi qaytaranda ödənilən pul və ilkin ödəniş qaytarılırmı?

-   Əgər belə bir hal baş verərsə, bağlanılmış müqavilədə də qeyd olunduğu kimi lazımi sənədlər toplandıqdan sonra, mənzil satışa çıxarılır, satış həyata keçirildikdən sonra bankda qalıq borc bağlanılır, daha sonra qalan məbləğ müştəriyə geri qaytarılır.

2.Mənzil alandan sonra nə vaxt mənzilə qeydiyyata düşmək olur?

-   Əgər mənzil daxili kreditlə alınıbsa mənzilə qeydiyyat kredit bitdikdən sonra mənzilə qeydiyyata düşmək olar.

-   Əgər bank vasitəsi ilə alınıbsa mənzil banka girov qoyulduqdan sonra mənzilə qeydiyyata düşmək olar.

-   Əgər binanın tikinti prosesi davam edirsə müştəri qabaqcadan qeydiyyat sənədi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə (BT) müraciət edərək mənzil sahibi adına qeydiyyat arayış aldıqdan sonra mənzilə qeydiyyata düşmək olar.

3.Obyektlərin satışı varmı?

- Bəli, bunun üçün filial nümayəndələrinə müraciət etmək lazımdır.

 

BİZ SİZƏ ZƏNG EDƏK!