KRİSTAL TOWERS

Satış şərtləri
20%-dən başlayan ilkin ödəniş. İllik 6% olmaqla, 20 ilədək kredit müddəti
Layihənin statusu
Tikintisi davam edir
Ünvan
Neftçi Qurban Abbasov küçəsi 32 Səbail rayonu

Gözəllik və dəbdəbənin sintezi olan Kristal Towers qüllələri Bayılda, Bakı bulvarının düz qarşısında yerləşir. Kristal Abşeron bu layihədə premium müştərilərə xitab edəcək dəniz və şəhər mənzərəli lüks mənzillər təklif edir. 


 

Yaşayış kompleksinin inşasında istifadə edilən Avropa istehsalı brend tikinti material və aksesuarlar keyfiyyət və təhlükəsizliyin harmoniyasını yaradır. Premium seqmentin bütün tələblərinə uyğun şəkildə inşa olunan Kristal Towers qüllələri 16 mərtəbədən ibarət olacaq.

Bina fasadında nəm, istilik və soyuğa qarşı xüsusi izolyasiya edici materialdan istifadə ediləcək, eyni zamanda xüsusi zövqlə işlənmiş İtaliya mərməri ilə üzlənəcək. Mənzillərə quraşdırılacaq İtaliya istehsalı olan 3 qat və 2 kameralı təbii taxta pəncərələr küləklər şəhərinin səs və soyuğuna, nəmişliyə davamlıdır. 3,5 metr hündürlüklü mənzillər standart ölçülərdən daha artıqdır. Kristal Towers yaşayış kompleksində quraşdırılacaq geniş, tam təhlükəsiz və sürətli Schindler liftləri ilə sakinlər vaxtlarına qənaət edəcək.

Kristal Towers-də bir sıra xidmətlər sakinlərin ixtiyarında olacaq. Kompleksdə yeraltı parkinq, ticarət mərkəzi, fitness və spa mərkəzləri fəaliyyət göstərəcək.

Sakinləri özəl hiss etdirəcək daha bir məqam isə konsyerj xidmətidir. Ailə və dostlarla birgə gözəl şam etmək istəyənlər qüllənin sonuncu mərtəbəsində yerləşən restoranda təklif olunan dadlı yeməklərdən zövq alacaqlar.

Təklif etdiyi şərait və xidmətlərlə komfort nümunəsi olan Kristal Towers həm də yerləşmə yeri ilə sakinlərinin arzusuna çevriləcək. Dünyagöz klinikasının arxasında yerləşən premium layihə şəhərə və bulvara gözəl panoraması ilə seçilir.

Hər səhər dənizə açılan mənzərəni seyr etməklə yuxudan oyanmağı kim istəməz ki?!

Kristal Abşeron – Xəyallarınızı inşa edirik!

 

 


*1544/ ( 050)2743301 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!