“Highland Residence” Gənclik parkının düz yanında, 8 Noyabr prospektinə qısa məsafədə yerləşir və mənzərəsi Bakı Buxtasına açılır. Layihənin əlverişli yerləşməsi şəhərin mərkəz ərazilərinə çox qısa müddətdə çatmaq imkanı yaradır.
Dəniz mənzərəli kompleksin qapıları 43 hektarlıq, 300000-dək ağac əkilmiş “Gənclik Parkı”na açılır. Parkda həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılmış, attraksionlar, piknik məntəqələri, qaçış zolağı, velosiped yolları tikilmişdir.
Həzi Aslanov metrosunun yaxınlığında yerləşən kompleksin ətrafında orta məktəb və iaşə obyektlərinin mövcudluğu sizin və övladlarınızın rahatlığını təmin edəcək.
Yeni binalarda parkinq problemi qaçılmazdır. Buna görə də “Highland Residence” sizə geniş avtodayanacaq təklif edir. Həmçinin kompleksin geniş, yaşıl daxili həyəti də mövcuddur və həyətə avtomobillərin girişinə yalnız fövqəladə vəziyyətlərdə icazə verilir. Bu qayda siz və övladlarınızın kompleksin həyətindən təhlükəsiz şəkildə yararlanması üçün şərait yaradır.
Kompleksdə mənzillər müasir standartlara cavab verən yeni üslubda təmir olunacaq. İstifadə olunan tikinti materiallarının hər biri beynəlxalq standartlara uyğundur və Avropa brendləridir. Həmçinin binaların hər birinə yüksək təhlükəsizlik standartlarına cavab verən, sürətli və etibarlı “Mitsubishi Liftləri” quraşdırılacaq.
Mənzillər zaminsiz, arayışsız şəxsiyyət vəsiqəsi ilə satılır. Siz də sadəcə 20% ilkin ödəniş etməklə “Highland Residence”də tam təmirli və çıxarışlı mənzilə sahib ola bilərsiniz.