Park Yasamal 2

Satış şərtləri
20%-dən başlayan ilkin ödəniş. İllik 6%-dən başlayaraq, 20 ilədək kredit müddəti
Layihənin statusu
Tikintisi davam edir
Ünvan
Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsi (3 saylı ASAN Xidmət mərkəzinin arxası)

“Park Yasamal” – Yeni başlanğıclara doğru!

İstər yerləşməsi, istər mənzərəsi, istərsə də yaratdığı digər imkanlarla Park Yasamal yaşayış kompleksi komfortlu yaşamın ünvanıdır.Kompleks şəhərin mərkəzinə yaxın, Yasamal rayonunda 3 saylı “ASAN xidmət” mərkəzi və Bayraq parkı yaxınlığında yerləşir. Kaktus restoranından Yasamal gölü istiqamətində hərəkət etməklə layihəyə aparan yeni yol ilə kompleksin yerləşməsi daha da əlverişli olacaq. Qeyd edək ki, sözügedən yolun inşası hazırda davam edir və qısa müddətdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Böyük bir yaşayış kompleksinin davamı olaraq inşa olunan bu kompleksin yerləşməsi şəhərin bütün istiqamətlərinə rahat və tez hərəkət etmək imkanı yaradır.

Təbiətlə harmoniyada bir ömür!

Park Yasamal yaşayış kompleksi təbiətlə vəhdət təşkil edən 4 hektar ekoloji təmiz ərazidə salınacaq. Bununla yanaşı, 5 hektar ərazini əhatə edən şamlıq parkı və 32 hektar ərazini əhatə edən Yasamal gölü ətrafı bulvar ərazi də sakinlərin istifadəsinə veriləcək. 

Kompleksdə tam təmirli, göl mənzərəli mənzillər, geniş və yaşıl həyət, müxtəlif təyinatlı ticarət obyektləri, istirahət zonaları, uşaq oyun meydançaları, klinika, məktəb, bağça və fitnes mərkəzi hər yaş qrupuna aid sakinlərin rahatlığına rahatlıq qatacaq.


Avropa brendləri ilə təmir

Hazırda tikintisi sürətlə davam edən “Park Yasamal” yaşayış kompleksinin digər bir üstünlüyü isə beynəlxalq standartlara uyğun Avropa brendləri ilə inşa edilməsidir. İnşaat prosessində müasir Avropa istehsalı tikinti materialları istifadə edilir. Tam təmirli şəkildə təhvil verilən mənzillər ən yeni zövqlə dizayn edilir.
Bütün bunlarla yanaşı sakinlərin mənzilin ümumi sahəsində itkiyə getməməsini əsas prioritet hesab edən Kristal Abşeron bu layihədə də optimal mənzil planlamasını rəhbər alıb. Belə ki, bütün mənzillərdə istifadəyə yararsız yaşayış sahələri minimuma endirilib.




İpoteka Kalkulyatoru

manat
manat
manat
*1544 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!