City Garden

Satış şərtləri
20%-dən başlayan ilkin ödəniş. İllik 10% olmaqla, 20 ilədək kredit müddəti.
Layihənin statusu
Tikintisi davam edir
Ünvan
Bakı şəh., Nərimanov rayonu, İslam Abışov küç., N. Nərimanov metro stansiyasının yaxınlığı.

Kristal Abşerondan yeni yaşam tərzi - “City Garden Nərimanov”

Bir layihə düşünün ki, həm şəhərin mərkəzinə yaxın, həm də şəhər səs-küyündən uzaq. Bəli, bu artıq xəyal deyil, şəhərin coğrafi mərkəzində, “City Garden Nərimanov”da  ən incə detallarına qədər premium yaşam tərzini hiss edəcəksiniz.

17 hektar yaşıl həyət

Geniş yaşıl həyət, çiçək və meyvə bağçaları, uşaqlar üçün istirahət və oyun zolaqları, piknik və barbekü üçün xüsusi zonalar, dekorativ hovuzlar və fəvvarədən ibarət bənzərsiz ladşaft sizə özünüzü təbiətin içində hiss etdirəcək. Bakının ən məşhur prospektlərini qovuşduran və 29 binadan ibarət olan yaşayış kompleksində sağlamlığınızın qeydinə qalarkən vaxtınızı əyləncəli keçirə bilməyiniz üçün - veloyol, tennis kortu, basketbol, futbol meydançaları, mini qolf zonası, açıq havada fitnes sahəsi və skeyt sürmək üçün xüsusi zona kimi bütün imkanlar düşünülüb. Heydər Əliyev prospektinin yaxınlığında, N.Nərimanov metrostansiyasına 700 metr məsafədə yerləşən bu layihədə geniş ticarət mərkəzi zolağı, əyləncə mərkəzi, müxtəlif kafe və iaşə obyektləri, açıq hava kinoteatrları sizi kompleksdən kənara çıxmadan bütün işlərinizi həll etmək imkanı ilə təmin edəcək.

Avropa brendləri ilə modern təmir

Yerdən tavanadək pəncərələr, şəxsi bağçalı dupleks mənzillər, terraslı ən son mərtəbələr və müasir memarlığa aid müxtəlif növ detalları ilə “City Garden Nərimanov” modern üslubda mənzil axtaranlar üçün əvəzsiz seçim olacaq.  “City Garden Nərimanov” yaşayış kompleksindəki binalarda səs və hava izolyasiyası ilə rahatlığı ən incə frekanslarına qədər hiss edəcəksiniz. Nə üst qonşunun mənzilindəki səs sizi narahat edəcək, nə də yay-qış mənzilinizdəki istiliyi mühafizə etməkdə problem yaşayacaqsınız. Mənzillər tam təmirli olmaqla yanaşı, hər biri çıxarışlıdır. Təmirində yalnız avropa brendləri istifadə olunmuş mənzillərimizə göstərdiyimiz premium toxunuşları siz həmçinin binaların lobisində də hiss edə biləcəksiniz. Qonaqlarınızı xüsusi diqqətlə qarşılamaq onlarda unudulmaz təəssürat buraxacaq.

Bütün bunlardan sonra təhlükəsizliyi də gözardı etmək olmaz! Yalnız sakinlərə məxsus və 3 giriş qapısı olan yeraltı avtodayanacaq, kompleks daxilindəki yerüstü keçidlər və 24/7 kamera nəzarət sistemi ilə təhlükəsizliyiniz tam təmin olunacaq. Əlavə olaraq, ağıllı ev sistemləri sayəsində sakinlər özləri də evlərinin təhlükəsizliyinə nəzarət edə və müasir idarəetmə sisteminin bütün üstünlüklərindən faydalana biləcək.

Bakı şəh., Nərimanov rayonu, İslam Abışov küç., N. Nərimanov metro stansiyasının yaxınlığı.

20 %-dən başlayan ilkin ödəniş və 20 ilədək kredit imkanı ilə premium yaşam tərzi heç də əlçatmaz deyil. Tam təmirli, modern üslublu mənzillərə sadə şərtlərlə sahib olun və müasir həyata keçid edin.


İpoteka Kalkulyatoru

manat
manat
manat

* Dövlət ipoteka fondunun qərarına əsasən illik faiz dərəcəsi 4% olan ödənişlərdə maksimal məbləğ 100.000 manat təşkil edir.

*1544 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!