SkyHome

Satış şərtləri
10%-dən başlayan ilkin ödəniş, 20 ilədək kredit müddəti
Layihənin statusu
Tikintisi davam edir
Ünvan
Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində (IST petrolun arxası)

Bakı səmasının yeni ulduzu – SkyHome!

“SkyHome” layihəsi Bakı şəhərinin ən prestijli ərazilərindən biri olan Qələbə dairəsi yaxınlığında yerləşir. Müasir və görkəmli binalardan ibarət olan “SkyHome” yaşayış kompleksində tam təmirli mənzilləri 20 illik ipoteka ilə əldə etmək mümkündür. Şəfaət Mehdiyev küçəsi yaxınlığında, Yasamal parkına 5 dəqiqəlik piyada məsafədə yerləşən, gözəl mənzərəyə sahib yaşayış kompleksi 18 və 16 mərtəbəli olmaqla 3 binadan ibarətdir. Bütün mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışla (kupça) təmin olunacaq.

Binaların fasadına isti və soyuğu keçirməyən daş yunu fasadı çəkilir. TexnoNikol şirkətinin izolyasiya sistemləri (daş yunu) soyuq havada mənzilinizi isti, isti havada isə sərin saxlayacaq. İzolyasiya sistemi həmçinin büdcənizə qənaət etməyə kömək edəcək. Mənzillərin qızdırılması və soyudulması üçün sərf olunan enerji az olduğundan, işıq və qaz xərclərinizə qənaət edəcəksiniz.

Tavanının hündürlüyü 3 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalı qapılar olacaq. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC”pəncərələrdən ibarət olacaq. Sanitar qovşağının kafel-metlağı İspaniya, mənzilin döşəmələri Rusiya istehsalı olacaq. Mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkilir. Mənzillərin Türkiyənin “E.C.A” firmasının kombi sistemi və istilik radiatorları, həmçinin hamam aksesuarları ilə təchiz olunması nəzərdə tutulmuşdur.

Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti də var. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılır. Bina 7/24 təhlükəsizlik kameralarının nəzarətində olacaq!

İpoteka Kalkulyatoru

manat
manat
manat
*1544 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!