Sumqayıt şəhərində H.Əliyev parkının yanında "Kristal Abşeron" tərəfindən inşa edilən Sahil Park 3 yaşayış kompleksində dəniz mənzərəli mənzillərə sahib olmağa tələsin! Möhtəşəm fasad, geniş həyət, uşaqlar üçün oyun zonaları, sakinlərə özəl iaşə obyektləri ilə hərşey əlinizin altında olacaqdır. Kompleksin yaxınlığında məşhur "Göyərçin abidəsi" yerləşir.
Dəniz mənzərəli mənzillərə sahib olmağa tələsin!
"Sahil Park 2" yaşayış kompleksinin tikintisində Ukrayna istehsalı armatur və kimyəvi qatqısız “B25” markalı betondan istifadə olunur. Binaların pilləkən və dəhlizlərinə mərmər döşənəcək. Binaların fasadı isti və soyuğu keçirməyən daş yunu ilə izolyasiya olunur. TexnoNikol şirkətinin izolyasiya sistemləri (daş yunu) soyuq havada mənzilinizi isti, isti havada isə sərin saxlayacaq. İzolyasiya sistemi həmçinin büdcənizə qənaət etməyə kömək edəcək. Mənzillərin qızdırılması və soyudulması üçün sərf olunan enerji az olduğundan, işıq və qaz xərcləriniz aşağı olacaqdır.
Mənzillərdə Türkiyənin E.C.A şirkətinin fərdi istilik sistemləri quraşdırılacaq
Döşəmələri İndoneziya istehsalı parket olacaq mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkiləcək. Mənzillər üçün Türkiyənin “E.C.A” firmasının hamam aksesuarları və istilik radiatorları da nəzərdə tutulmuşdur.
Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti də olacaq. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılacaq. Bina 7/24 təhlükəsizlik kameralarının nəzarətində olacaq!
Mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça) təqdim edilir.