Sahil Park Sumqayıt 2

Satış şərtləri
20%-dən başlayan ilkin ödəniş. İllik 6%-dən başlayaraq, 20 ilədək kredit müddəti
Layihənin statusu
Tikintisi davam edir
Ünvan
Sumqayıt Dənizkənarı Park - Göyərçin heykəlinin yanı

Sumqayıt şəhərində Kristal Abşeron şirkəti tərəfindən inşa edilən Sahil Park 2 yaşayış kompleksində dəniz mənzərəli mənzillərə sahib olmağa tələsin! Möhtəşəm fasad, geniş həyət, uşaqlar üçün oyun zonaları, sakinlərə özəl iaşə obyektləri ilə hərşey əlinizin altında olacaqdır. Kompleksin yaxınlığında məşhur "Göyərçin abidəsi" yerləşir.

Dəniz mənzərəli mənzillərə sahib olmağa tələsin!

"Sahil Park 2" yaşayış kompleksinin tikintisində Ukrayna istehsalı armatur və kimyəvi qatqısız “B25” markalı betondan istifadə olunur. Binaların pilləkən və dəhlizlərinə mərmər döşənəcək. Binaların fasadı isti və soyuğu keçirməyən daş yunu ilə izolyasiya olunur. TexnoNikol şirkətinin izolyasiya sistemləri (daş yunu) soyuq havada mənzilinizi isti, isti havada isə sərin saxlayacaq. İzolyasiya sistemi  həmçinin büdcənizə qənaət etməyə kömək edəcək.  Mənzillərin qızdırılması və soyudulması üçün sərf olunan enerji az olduğundan, işıq və qaz xərcləriniz aşağı olacaqdır. 

Mənzillərdə  Türkiyənin E.C.A. şirkətinin fərdi istilik sistemləri quraşdırılacaq 

Tavanının hündürlüyü 3.6 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC” .


 

Döşəmələri İndoneziya istehsalı parket olacaq mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkiləcək. Mənzillər üçün Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik radiatorları da nəzərdə tutulmuşdur.

Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti də olacaq. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılacaq. Bina 7/24 təhlükəsizlik kameralarının nəzarətində olacaq!

Mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış  (kupça) təqdim edilir.


İpoteka Kalkulyatoru

manat
manat
manat
(050) 484 00 08 / (01864) 20200 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!