Merida Premium

Satış şərtləri
Daxili kredit : 50 % ilkin ödənişlə 12 ay müddətinə manatla ödəmə
Layihənin statusu
Tikintisi bitib
Ünvan
H.Cavid pr., Ak. Ş. Mehdiyevlə Ə.Haqverdiyev küçələrinin kəsişməsi

Hüseyn Cavid prospekti 180 ünvanında tikilən bu bina görünüşü ilə görənləri heyran edir. Yaşayış kompleksi 18 mərtəbəli 3 bloklu binadan ibarətdir. Möhtəşəm görkəmli “Barokko” üslublu tikili ətrafa xüsusi gözəllik gətirir və özündə rahatlığı, keyfiyyəti cəmləşdirir.

Onu da nəzərinizə çatdırmaq istəyirik ki, bu ərazidə bir çox təhsil müəssəsi yerləşir.

Binanın zəlzələyə davamlılığı üçün Ukrayna istehsalı yüksək keyfiyyətli, kimyəvi qatqısız “B-25” betonundan istifadə edilib. Betonun daha keyfiyyətli və hamar alınması üçün istifadə olunan qəliblər isə Almaniyanın məşhur “Peri” şirkətinindir. Tikintidə istifadə edilən armaturlar Ukraynada istehsal olunub.

Binanın mərkəzi isitmə və soyutma sistemi ilə təmin olunması enerjiyə qənaətə, kondisionerlərin ətrafa zərərli maye axıtmamasına və bina fasadının hər zaman cəlbedici qalmasına şərait yaradılmışdır. İtaliyada hazırlanmış taxta, çöl qatı alüminium olan 2 kameralı, 3qat 8 mm-lik şüşədən ibarət izolyasiyalı pəncərələr mənzilinizi ətraf mühitin səs-küyündən qoruyur. Binanın fasadına 8 sm qalınlığında aqlay daşlarından üzlük çəkilmişdir ki, bu da onun görünüşünə fərqlilik gətirir. Mənzillərin qışda isti, yayda isə sərin qalması üçün binanın xarici divarlarına ekoloji cəhətdən təmiz, radiasiyasız, isti və soyuğu keçirməyən xüsusi izolyasiya qatı çəkilmişdir. Su xüsusi qurğular vasitəsi ilə mexaniki və bakterioloji təmizləmələrdən, codluğunun tənzimlənməsindən sonra verilir. Binada fasiləsiz elektrik enerjisini təmin edən generatorlar mövcuddur. Finlandiyanın “Kone” firmasının məhsulu olan təhlükəsiz liftlər quraşdırılmışdır. 24 saat çalışan təhlükəsizlik xidməti, kamera-nəzarət sistemi və kodlaşdırılmış blok qapıları təhlükəsizliyinizə tam zəmanət verir. Yaşayış kompleksində fəaliyyət göstərəcək komendant xidmətinin olması sizi bir sıra məişət qayğısından azad edir.

Sakinlər mənzillərinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla (kupça) da təmin edilir.

Kompleksdə sakinlərin rahatlığı üşün iki mərtəbədən ibarət olan yeraltı avtodayanacaq da mövcuddur.

(012) 510 81 81 (050) 880 81 81 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!