Nəsimi rayonu Kaveroçkin küç 30 (ABŞ səfirliyinin yanı) yerləşən bu yaşayış kompleksi 2010 – cu ildə istifadəyə verilmişdir. Bu yaşayış kompleksinin şəhərin mərkəzində yerləşməsi və yaxınlığında bir neçə məktəbin, bağçanın, ticarət və əyləncə mərkəzinin yaxınlığında olması sakinlərə yola sərf edəcəkləri vaxta qənaət etmək imkanı verir.
Binanın həyətində böyüklərin həm də balacaların istirahəti üçün kiçik köşkləri və oturacaqları olan istirahət sahəsi salınmışdır.
Rahatlıq və təhlükəsizliyə çox önəm verən “Kristal Abşeron” bütün yaşayış komplekslərində olduğu kimi bu binanın da tikintisində Ukraynada istehsal olunmuş yüksək keyfiyyətli armaturlardan və kimyəvi qatqısız “B-25” betonundan istifadə edilib ki, bu da kompleksin zəlzələyə tam davamlılığına zəmanət verir.
Keyfiyyəti, gözəlliyi və rahatlığı düşünərək kompleksin inşasında Finlandiyanın dünyaca məşhur “Kone” liftlərindən, Türkiyənin “Kale” firmasının seyf giriş qapılarından və Almaniyanın “PVC” plastik pəncərələrindən istifadə etmişik. Divarların suvanmasında “Mətanət A” sementi işlədilib.
Binanı istiliklə təmin edən mərkəzi qızdırıcı sistemin avadanlıqları İtaliya və Almaniya istehsalıdır. İkiqat üzlüklə izoliyasiya olunmuş binanın fasadı bişmiş qırmızı kərpicdəndir.
Mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça) verilib.
Sakinlərin dayanacaq axtarmamaq və avtomobillərindən nigaran qalmamaları üçün lift ilə bir başa mənzillərə qalxma imkanı verən yeraltı üç mərtəbədən ibarət geniş avtodayanacaq inşa edilmişdir.
Yaşayış kompleksində 24 saat fasiləsiz mühafizə xidmətinin və kamera nəzarət sistemlərinin olması sakinlərin təhlükəsizlik və rahatlığına zəmanət verir, komendant xidməti isə sakinləri xırda məişət qayğılarından azad edir.