Kristal Abşeron "Biləcəri" layihəsi metronun “20 Yanvar” və “Avtovağzal” stansiyalarına avtomobillə 3 dəqiqəlik məsafədə yerləşir. Yaşayış kompleksi artıq sakinlərin istifadəsinə verilib.
Həyətində geniş parkı, uşaq meydançası və uşaq bağçası olan kompleksin yaxınlığında 2 saylı tam orta məktəb yerləşir. Layihənin şoseyə və metro stansiyalarına yaxın olması sakinlərə ictimai nəqliyyatdan rahat istifadə etmək imkanı verir. Kompleksdə avtomobillərin təhlükəsizliyini qoruyan yeraltı dayanacaq və binanın mühafizəsini təmin edən xüsusi xidmət və kamera-nəzarət sistemi quraşdırılmışdır.
Biləcəri layihəsində TexnoNikol şirkətinin izolyasiya sistemlərindən (daş yunu) istifadə olunmuşdur. Daş yun soyuq havada mənzilinizi isti, isti havada isə sərin saxlayır. İzolyasiya sistemi həmçinin büdcənizə qənaət etməyə kömək edir. Mənzillərin qızdırlması və soyudulması üçün sərf olunan enerji az olduğundan, işıq və qaz xərcləri aşağıdır.
Tavanının hündürlüyü 3 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC” şirkətinə məxsusdur . Döşəmələri Polşa istehsalı parket olacaq mənzillərə İtaliyanın "Limonta" şirkətinin istehsalı olan parça tərkibli divar kağızları da çəkilmişdir. Mənzillərdə Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik radiatorlarından istifadə olunmuşdur.
Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti mövcuddur. Mənzillər xüsusi qurğularla təmizlənmiş isti və soyuq su ilə daimi təmin edilir. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılmışdır. Bina 7/24 təhlükəsizlik kameralarının nəzarətindədir.