Şərifzadə

Satış şərtləri
20% ilkin ödənişlə, illik 7% olmaqla 25 il müddətinə dövlət ipotekası
Layihənin statusu
Tikintisi davam edir
Ünvan
Yasamal rayonu, Şərifzadə küçəsi 122

Mətbuat və Şərifzadə prospektlərinə çıxışı olan Şərifzadə layihəsi 2018-ci ilin mart ayında yaşayışa hazır olacaqdır. Bu layihədə tam təmirli mənzilləri 5 illik daxili kredit və ya 25 illik ipoteka imkanı ilə əldə edə bilərsiniz! Layihənin yaxınlığında ASAN Xidmət, Rabitə Bank, 158 saylı məktəb, ATV telekanalı, ticarət mərkəzləri, Musabəyov parkı, bazar və Rabitə qovşağı (ATS) yerləşir.

 

İnşaatçılar metrosu piyada 2 dəqiqəlik məsafədə!

 

Şərifzadə layihəsinin tikintisində Ukrayna istehsalı armatur və kimyəvi qatqısız “B25” markalı betondan istifadə olunur. Binaların pilləkən və dəhlizlərinə mərmər döşənəcək. Binaların bayır divarlarına isti və soyuğu keçirməyən xüsusi izolyasiya qatı çəkiləcək. TexnoNikol şirkətinin izolyasiya sistemləri (daş yunu) soyuq havada mənzilinizi isti, isti havada isə sərin saxlayacaq. İzolyasiya sistemi  həmçinin büdcənizə qənaət etməyə kömək edəcək.  Mənzillərin qızdırlması və soyudulması üçün sərf olunan enerji az olduğundan, işıq və qaz xərcləriniz aşağı olacaqdır. 

 

Mənzillərdə E.C.A. şirkətinin fərdi istilik sistemləri quraşdırılacaq

 

Tavanının hündürlüyü 3 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC” , sanitar qovşağının kafel-metlağı isə İspaniya malıdır. Döşəmələri İndoneziya istehsalı parket olacaq mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkiləcək. Mənzillər üçün Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik radiatorları da nəzərdə tutulmuşdur.

 

Layihənin yaxınlığında Müsabəyov parkı və Yasamal parkı yerləşir!

 

Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti də olacaq. Mənzillər xüsusi qurğularla təmizlənmiş isti və soyuq su ilə daimi təmin ediləcək.. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılacaq. Bina 7/24 təhlükəsizlik kameralarının nəzarətində olacaq!

İpoteka Kalkulyatoru

manat
manat
manat

* Dövlət ipoteka fondunun qərarına əsasən illik faiz dərəcəsi 7% olan ipoteka kreditində maksimal məbləğ 150.000 manat təşkil edir.

* Dövlət ipoteka fondunun qərarına əsasən illik faiz dərəcəsi 4% olan ödənişlərdə maksimal məbləğ 100.000 manat təşkil edir.

(012) 432 11 21 / (050) 274 33 00 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!