Burada da mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça) verilib.
Tavanının hündürlüyü 3 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC”, sanitar qovşağının kafel- metlağı isə İspaniya malıdır. Döşəmələri İndoneziya istehsalı parket olan mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkilmişdir. Mənzillərdə Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik radiatorları quraşdırılmışdır.
Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti mövcuddur. Mənzillər xüsusi qurğularla təmizlənmiş isti və soyuq su ilə daimi təmin edilir. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılmışdır.
Burada yorğun iş həftəsindən sonra dincələcəyiniz idman və sağlamlıq mərkəzi, müasir tələblərə cavab verən tibb məntəqəsi, uşaqlarınız üçün rahat və ən əsası evinizə yaxın bağça, mənzilinizə birbaşa çıxışı olan yeraltı avtomobil dayanacağı, həmçinin ticarət və iaşə obyektləri də fəaliyyət göstərir.
Yaşayış kompleksində sakinlər üçün ümumi sahəsi 1 hektardan artıq çoxillik ağaclardan və yaşıllıqdan ibarət fəvvarəli geniş park salınmış, müasir kafe və restoranlar fəaliyyət göstərir. Uşaqlar üçün oyun və futbol meydançası mövcuddur.
Binalardakı təhlükəsizliyi qoruyucu kameralar və mühafizə xidməti mövcuddur.