Səbail rayonu Bibiheybət qəsəbəsi Bayıl yaşayış massivinə çəkilmiş yeni yolun sol kənarında inşa edilən bu yaşayış kompleksindən metronun “İçəri Şəhər” və “Sahil” stansiyalarına 5 dəqiqə ərzində çatmaq olur. Həyətində geniş yaşıllıq sahədə uşaq meydançası və bu layihənin 2017-ci ilin əvvəllərində istifadəyə verilib.
“İçəri Şəhər” və “Sahil” stansiyalarına 5 dəqiqə məsafədə
Hər biri 16 mərtəbəli olan 3 binadan ibarət yaşayış kompleksinin yaxınlığında bir neçə tam orta məktəb yerləşir. Kompleksin tərkibindəki binaların tikintisində zəlzələyə davamlı, qatqısız, yüksək keyfiyyətli “B25” markalı betondan və Ukrayna istehsalı olan armaturdan istifadə olunur. Beton hazırlanan zaman onun hamarlığını təmin edən qəliblər Almaniyanın məşhur “Peri” şirkətinin məhsullarıdır. Tikintidə isitifadə edilən Türkiyə malı elektrik kabelləri beynəlxalq standartlara cavab verən “İmkacable” şirkətinindir.
Mənzillərdəki parça tərkibli divar kağızları İtaliyada istehsal olunmuş yüksək keyfiyyətli “Limonta” firmasına aiddir, hamam aksesuarları isə Türkiyənin dünyaca məşhur “E.C.A.” şirkətinin istehsalıdır. Hamamların kafel-metlağı İspaniyadan alınır. Binanın suvanmasında “Mətanət A” sementi işlədilir.
Hər bir mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça) verilir.