Bloq

Tam təmirli mənzillər

Niyə təmirli mənzillər? Günümüzdə insanlar mənzil alarkən həm vaxt, həm enerji qənaəti baxımından təmirli mənzillər almağa üstünlük verirlər. 

 

Orta hesabla təmir zamanının təxminən bir neçə ilə qədər uzana bilməsi və bu zaman alıcının təmirlə bağlı qərarlarının onu tərəddüdə sala bilməsi bu məsələni aktual edir. Üstəgəl, təmirsiz mənzil alışı zamanı müxtəlif zamanlarda baş verən təmir prosesləri binada xoş olmayan görüntü, tullantıların çoxalması və xüsusilə də ən çox qarşılaşılan problemlərdən olan səs-küyə səbəb olur. İnşası tamamlanmış mənzillərə olan üstünlüyün çoxalmasına baxmayaraq, insanların ağlındaki müəyyən suallar hələ də onları təmirli mənzillər almaqla bağlı şüphəyə sala bilir.

 

Təmirli mənzil alanların tərəddüdləri

 

Etibarlılıq – Təbii ki, ev sahibi olarkən hər kəs təhvil alacağı mülkün hüquqi şəkildə sənədlərinə sahib olmaq istəyir. Sənədləşmə prossesində baş verə biləcək problemlər müştərilərin təmirli mənzillər alması ilə bağlı risklə üz-üzə qoyur.

 

Keyfiyyət – Evlərdə su, qaz, fərdi istilik sistemlərinin quraşdırılması alıcıların ən mühüm ehtiyaclarındandır. Alıcıların haqlı olaraq ən çox narahat olduğu məsələlərdən biri də elə məhz mənzil təhvil alarkən problemsiz qaz, su istifadə edə bilməsi və fərdi istilik sistemindən yararlana bilməsi olur. Ona görə də bu sistemlərin keyfiyətli olub olmaması və bu keyfiyyətə zəmanətin verilməsi müştərilər üçün vacib bir nüansdır.

 

Bundan əlavə, alıcılar təmir prosesini izləyə bilməyəciyini düşünərək evin inşasında istifadə olunan materialların keyfiyyətli olub-olmamasına tərəddüd edə bilirlər.

 

“Kristal Abşeron”da təmirli mənzilə sahib olmağın üstünlükləri

 

İstər evin sənədləri (kupça), istərsə də tikinti zamanı istifadə olunan materiallardan tutmuş hətta ev təhvil verilənə qədər bütün məsələlərin rahat şəkildə həll olunması həm müştərilərin təmirli mənzillər ilə bağlı tərəddüdlərinə son qoyur, həm də komfortlu həyata zəmin yaradır.

 

7 mərhələli tikinti bünövrəsi, alman markalı qəliblər, eləcə də yanmayan, eyni zamanda rütubətə davamlı daş yun materialının istifadə olunması tikintinin keyfiyyətinə əminlik verir. Əlavə olaraq bünövrənin keyfiyyəti ekspertlər tərəfindən yoxlanılır və yalnız standartlara cavab verdikdə inşaat prosesi davam edir. Keyfiyyət və etibarlılıq

şərtlərindən əlavə Kristal Abşeron bir-sıra digər imkanlar təqdim edir:

 

  • Layihədən asılı olaraq şəhərin müxtəlif nöqtələrində təmirli mənzilə sahib olmaq imkanı
  • İstər dövlət ipotekası, istər uzun-müddətli bank krediti, və ya daxili kredit, istərsə də nağd üsulla tam təmirli mənzil sahibi olmaq imkanı; Üstəgəl, nağd alışda endirimlərin tətbiq olunması
  • Təqdim olunan mənzillərin hazır vəziyyətdə qaz, su, işıq sayğacları ilə təmin olunması; bundan əlavə, tikintisi gedən evlərdə isə kombi sistemlərinin quraşdırılıb uyğun qiymətlərlə təqdim olunması
  • Binada təhlükəsiz və keyfiyyətli alman markalı Wittur liftlərindən istifadə olunması;
  • Müasir, sakinlərin rahatlığına və uşaqların əyləncəsinə fokuslanmış meydançaların mövcud olması

 

Hal-hazırda Kristal Abşeronda həm tamamlanmış, həm də davam edən müxtəlif layihələr mövcuddur. Nəinki ənənəvi mənzillər hətta studio tipli evləri də buradan əldə etmək mümkündür.

 

Bütün bu tərəddüdlərə baxmayaraq Kristal Abşeron hər kəs üçün əl çatan fürsətlər və eyni zamanda müasir, komfortlu yaşam təqdim edir. Siz də tərəddüdlərinizə son

qoyaraq layihələrimizlə tanış olun və tam təmirli, etibarlı, müasir və keyfiyyətli təmirli mənzil sahib olmaq imkanını əldən verməyin.


BİZ SİZƏ ZƏNG EDƏK!