Keyfiyyət

İTALİYA
DİVAR KAĞIZLARI
ALMANİYA
HAMAM AKSESUARLARI
İSPANİYA
KAFEL METLAQ

Tikinti Keyfiyyəti  

tikinti keyfiyyəti

Möhkəm bünövrənin hazırlanması prosesindəki 7 mərhələ :

1.  Araşdırılma (torpaq-bərkidilmə)

2.  Svay qatı

3.  Şeben qatı

4.  Beton qatı (10sm)

5.  İzolyasiya

6.  Beton qatı (10sm)

7.  Konstruksiya işləri


Beton Keyfiyyəti 

Betonun keyfiyyətli olması üçün Almaniyanın Peri firmasının qəliblərindən istifadə olunur

Xüsusi özəlliyi sayəsində betonun quruma prosesini bütün texnoloji qaydalara uyğun aparılmasını təmin edir. Yəni betonda olan su və həlimi kənara buraxmır, ona görə beton öz suyunda (həlimində) marka alır və betonun quruma prosesini sürətləndirir. Armaturlar Rusiyadan sertifikatlı armaturlar alınır və döşənir. Armaturların parametrləri hər dəfə yerli labarotoriyada yoxlanılır

S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu inşaat materiallarının istehsalı və tikinti sənayesi sahələrində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə beton və armaturları keyfiyyətini yoxlayır. Yoxlanılma nəticələri aydın olmadan bina tikintiyə davam etmir.

Üzlənmə və Fasad 

Binanın nəfəs alması üçün Ağdağ suvax havalanmanı təmin edir, təbiidir

və təmirin daha keyfiyyətli aparılmasına zəmin yaradırıq

·         böyük həcmli səthlərdə istifadə zamanı təmir tez başa gəlir;

·         rahat işlənir, çatlamır, otaqlar nəfəs alır;

·         ekoloji cəhətdən faydalıdır;

·         PVA qatılmır;

·         sement və qum əsaslı suvaqlarla müqayisədə tikililərin yükünü azaldır;

Daş yunu materialının üstünlükləri

·        ·               Təbii daşlardan hazırlanır

·         Daş əsaslı olduğuna görə heç bir halda yanmır

·         Ekoloji olaraq ən təmiz məhsul sayılır. Heç bir kimyəvi yapışdırıcı almadan preslənir.

·         9 qatdan ibarət olan fasad örtüyü məsaməli olduğuna görə nəfəs alır və buna görədə daxili məkanlarda heç vaxt nəmişlik və qaralma müşahidə olunmur.

·         İstifadə olunan qalınlıqdan asılı olaraq effektiv istilik və soyuqluğa qarşı əvəzsiz izolyasiya materialıdır. Qeyd olaraq demək olar ki, 5sm daş yunu materialı fasadda  80sm kərpici əvəz edir.

·         Bu cür sistemlə qurulmuş fasad ən azı 25 il təmirsiz olaraq xidmət göstərə bilir.

·         Dünyada ən geniş yayılmış istilik izolyasiya materialı hesab olunur.

·         Gələcəkdə istifadə olunacaq enerji sərfiyyatını azaldır və daha az kombi, kondisioner istifadəsinə səbəb olur.

·         Çöl divar ilə iç divarın temperatur fərqinin artmasına imkan vermir və  hava cərəyanının qarşısını alır

 

Təmir Keyfiyyəti təmir keyfiyyəti


1) Mənzilin daxili qapıları Belarusiya istehsalıdır.  Şam ağacından istehsal olunan bu qapıların üzlüyü ekoloji təmiz, temperatur dəyişiminə dayanıqlı, cızılmayan və xoşagəlməz qoxusu olmayan polipropilen materialıdır. Furnitura dəsti dözümlü “Zamak” metaldan hazırlanır . Qapıların çərçivələri mismarsız və hər hansı yapışqansız quraşdırıla bilən “Teleskop” modeldir. Bu modelin üstünlüyü istənilən vaxt çıxardılıb yenidən quraşdırıla bilməsidir.                     
                      
2) Divar kağızları 1893-cü ildən fəaliyyətdə olan İtaliyanın Limonta firmasının istehsalıdır. Divar kağızlarının üz materialı vinil, astarı isə yüksək yapışqanlığa malik flizelin materialındandır. Bu məhsuldan istifadə edilərkən kənarlarının qopması və ya aralanması kimi hallar müşahidə edilməyəcək. Bundan başqa məhsullar İtalyan ənənəsinə uyğun olaraq qalın olduğu üçün divara vurulandan sonra asanlıqla cırılması mümkün deyil. Standartlara cavab verən müasir texnologiya ilə istehsal edilən bu divar kağızlarının görünüşü tam aydındır , heç bir bulanıqlıq effekti yaratmır.
 
3) Mənzil təmirində istifadə edilən duş kabinlər Almaniyanın Hüppe markasındandır. Bu brendin məhsulları dünyanın dörd bir tərəfində istifadə olunur. Kabinin şüşəsi “5mm tempered”  qırılmaz və tam təhlükəsizdir. Bu şüşənin özəlliyi odur ki , fövqəladə vəziyyət zamanı yüksək təzyiq və ya kənar təsir nəticəsində qırıldığı halda ətrafa heç bir qırıntı saçılmır. Duş kabinlərin alman texnologiyası ilə hazırlanması səbəbilə istər giriş , istərsə də kənar hissələri xarab olmur və uzun illər istifadə oluna bilər.
 
4) Hamam aksesuarı dəsti bu sahədə Türkiyənin ən tanınmış markası olan E.C.A. firmasınındır. Sanuzel üçün lazım olan hər bir detal yüksək zövqlə seçilmiş və dayanıqlı keyfiyyəti ilə seçilir. Dizayn baxımından hər bir parça ahənglik yaradır. Metal parçalar saf xrom materialdandır və paslanmır.  
 
5) İstilik radiatorları İtaliya brendi olan İmmergas markasındandır. 80mm genişlikdə olan bu məhsul istiliyin tam olaraq ötürülməsini təmin edir. Qalınlığının yetəri dərəcədə olması səbəbilə hətta 20 atmosfer təzyiqə belə dözməsi test edilmişdir. Radiatorların materialı alüminium olduğundan insan sağlamlığı üçün heç bir təhlükəsi yoxdur .
 
6) İsveçin Kahrs markasının parket döşəmələrinin üzəri qalın mat effektli görünüşə malikdir. Rusiyada istehsal olunan palıd materialından olan bu döşəmələr nəmliyə qarşı tam dözümlüdür və üzərinə su  dağıldığı zaman heç bir halda aralanmır və çatlamır.   
 
7) Hamam və koridorların təmirində İspaniyanın ən məşhur kafel-metlax zavodlarından olan STN firmasının məhsullarından istifadə olunur. Bu brendin məhsulları dünyanın 120 ölkəsində müştərilərə təklif olunur. Dizaynına görə göz oxşayan bu plitələr həm də tam təhlükəsizdir, yüksək dəqiqliklə və texnologiya ilə hazırlanır. Müxtəlif rəng və dizaynda vurulan bu kafellər hamam otağına fərqli görünüş verir.     

8) Liftlər alman markası olan Wittur firmasının istehsalıdır. Qapı mexanizminə görə , keyfiyyətinə görə seçilən bu liftlər tam təhlükəsizdir. Kabinləri geniş və  işıqlıdır. 630kg sərnişinlər üçün və 1000kg isə yük üçün nəzərdə tutulmuş liftlər mövcuddur. Lift motorları İtalyan brendi olan Alberto Sassi firmasındandır ki , təhlükəsizlik baxımından ən yüksək normalara cavab verir. Ən hündür binalarının liftlərini  belə ehtiyyat güc saxlamaqla idarə edə bilən bu motorlar , həm də sığorta sisteminə malikdir. Fövqəladə hal baş verdiyi zaman liftə komanda verilərək 1 m. məsafədə durdurulur və içəridəki insanlar tam rahat evakuasiya oluna bilir.
 

BİZ SİZƏ ZƏNG EDƏK!