Sumqayıt şəhərində Heydər Əliyev parkının yanında Kristal Abşeron
şirkəti tərəfindən dəniz mənzərəli Sahil Park yaşayış kompleksi inşa edilmişdir. Möhtəşəm fasad, geniş həyət, uşaqlar üçün oyun
zonaları, özəl iaşə obyektləri ilə hər şey sakinlərin əlinin altında yerləşir.
Kompleksin yaxınlığında məşhur "Göyərçin abidəsi" yerləşir.
VIDEO
">Dəniz mənzərəli mənzillər "Sahil Park" yaşayış kompleksinin tikintisində Ukrayna istehsalı armatur və kimyəvi qatqısız “B25” markalı betondan istifadə
olunub. Binaların pilləkən və dəhlizlərinə mərmər döşənmişdir. Binaların fasadı
isti və soyuğu keçirməyən daş yunu ilə izolyasiya olunub. TexnoNikol şirkətinin
izolyasiya sistemləri (daş yunu) soyuq havada mənzilinizi isti, isti havada isə
sərin saxlayır. İzolyasiya sistemi həmçinin büdcənizə qənaət etməyə kömək
edir. Mənzillərin qızdırlması və soyudulması üçün sərf olunan enerji az
olduğundan sakinlərin işıq və qaz xərcləri daha aşağıdır.
Mənzillərdə E.C.A. şirkətinin fərdi istilik sistemləri
Tavanının hündürlüyü 3.6 metr olan mənzillərin giriş qapıları
Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri
Almaniya texnologiyası ilə istehsal edilən “PVC” şirkətinə aiddir. . Döşəmələri İndoneziya istehsalı parket
olacaq mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkilmişdir.
Mənzillərdə Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik
radiatorları quraşdırılmışdır.
Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi,
telefon ve internet xətti mövcuddur. Kompleksdə mühərrikləri İtaliya
istehsalı olan Türkiyə liftləri quraşdırılıb. Bina 7/24 təhlükəsizlik
kameralarının nəzarətindədir.
Mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən
Çıxarış (kupça) təqdim edilir.