Sahil Park Sumqayıt

Satış şərtləri
20%-dən başlayan ilkin ödəniş. İllik 6% olmaqla, 20 ilədək kredit müddəti
Layihənin statusu
Tikintisi bitib
Ünvan
Sumqayıt Dənizkənarı Park - Göyərçin heykəlinin yanı

Sumqayıt şəhərində Heydər Əliyev parkının yanında Kristal Abşeron şirkəti tərəfindən dəniz mənzərəli Sahil Park yaşayış kompleksi inşa edilmişdir. Möhtəşəm fasad, geniş həyət, uşaqlar üçün oyun zonaları, özəl iaşə obyektləri ilə hər şey sakinlərin əlinin altında yerləşir. Kompleksin yaxınlığında məşhur "Göyərçin abidəsi" yerləşir.

 

">Dəniz mənzərəli mənzillər

"Sahil Park" yaşayış kompleksinin tikintisində Ukrayna istehsalı armatur və kimyəvi qatqısız “B25” markalı betondan istifadə olunub. Binaların pilləkən və dəhlizlərinə mərmər döşənmişdir. Binaların fasadı isti və soyuğu keçirməyən daş yunu ilə izolyasiya olunub. TexnoNikol şirkətinin izolyasiya sistemləri (daş yunu) soyuq havada mənzilinizi isti, isti havada isə sərin saxlayır. İzolyasiya sistemi  həmçinin büdcənizə qənaət etməyə kömək edir. Mənzillərin qızdırlması və soyudulması üçün sərf olunan enerji az olduğundan sakinlərin işıq və qaz xərcləri daha aşağıdır.

Mənzillərdə E.C.A. şirkətinin fərdi istilik sistemləri

Tavanının hündürlüyü 3.6 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən “PVC” şirkətinə aiddir. . Döşəmələri İndoneziya istehsalı parket olacaq mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkilmişdir. Mənzillərdə Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik radiatorları quraşdırılmışdır.

Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti mövcuddur. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılıb. Bina 7/24 təhlükəsizlik kameralarının nəzarətindədir.

Mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış  (kupça) təqdim edilir.

İpoteka Kalkulyatoru

manat
manat
manat
(050) 484 00 08 / (01864) 20200 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!