Azadlıq 2

Satış şərtləri
20%-dən başlayan ilkin ödəniş. İllik 6% olmaqla, 20 ilədək kredit müddəti
Layihənin statusu
Tikintisi bitib
Ünvan
Binəqədi rayonu, S.Sani Axundov küçəsi

Azadlıq 2 layihəsi Azadlıq metro stansiyasının yaxınlığında yerləşir. Binanın neoklassik üslubda fasadı hər kəsi valeh edir. Bina 16 mərtəbə və mansarddan ibarətdir. Metronun yaxın olmasından başqa, buradan şəhərin bir çox yerinə avtobus marşrutlarının işləməsi sakinlərin yola az vaxt sərf etməsinə şərait yaradır.


 

Azadlıq metrosunun 2 addımlığında!

Yaşayış kompleksinin qarşısında salınmış parkda asudə vaxtınızı keçirmək üçün hər şey mövcuddur.

Azadlıq 2 layihəsində istilik sistemi kombidir. Yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər blokda 2 ədəd səssiz liftlər quraşdırılmışdır. Liftlərdən yeraltı parkinqə birbaşa enmək mümkündür. Bu kompleksin inşasında tanınmış brendlərin məhsulları: Finlandiyanın “Kone” liftləri və Türkiyənin “Kale” şirkətinin seyf giriş qapılarından istifadə olunub. Bu isə yüksək keyfiyyətə önəm verməyimizin nümunəsidir.
Binanın seysmik təhlükəsizliyi üçün başqa yaşayış komplekslərimizdə olduğu kimi burada da yüksək keyfiyyətli armaturlardan və Ukraynada istehsal olunmuş kimyəvi qatqısız “B-25” betonundan istifadə olunub.
Bütün mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça)təqdim edilir.
Fasadı qırmızı bişmiş kərpicdən hörülmüş bina ikiqat üzlüklə də izolyasiya olunub ki, bu da mənzillərin qışda isti, yayda isə daha sərin olmasına xidmət edir.
24 saat fasiləsiz mühafizə xidməti və kamera nəzarət sistemləri olan yaşayış kompleksində sakinlərin qayğısızlığı üçün komendant xidməti də fəaliyyət göstərir.
Bina sakinlərini dayanacaq axtarma qayğısından azad edən yeraltı avtodayanacaqdan liftlə birbaşa mənzillərə qalxmaq olur.


İpoteka Kalkulyatoru

manat
manat
manat
(050) 294 10 10 / (012) 563 63 03 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!