Dekabrın 27-də Kristal Abşeron Yasamal rayonu üzrə “Pilot layihə” çərçivəsində inşa olunan üçüncü yaşayış binası sakinlərin istifadəsinə verilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Kristal Abşeron MTKnın təsisçisi Mahayət Nəbiyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıblar. Ə.Əzizov çıxışında 2018ci ilin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə yaddaşlara həkk olunduğunu deyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir sıra uğurlara imza atdığını vurğulayan icra başçısı bildirib: “Bu gün yeni ilin gəlişi ərəfəsində yeni binanın istifadəyə verilməsi xalqımızın gözəl həyat tərzinin göstəricilərindən biridir. Ümummilli Liderin siyasətini uğurla həyata keçirən dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində XIX əsrin sonları, XX əsrin əvvəllərində inşa edilmiş, uzun illərdir ki, istismar müddəti keçmiş, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülərək, yerində yeni, müasir evlərin tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər bu gün Yasamal rayonunda da uğurla davam etdirilir. “Pilot layihə”nin əsas məqsədi orada yaşayan insanların mənzil şəraitinin yaxşılaşdırılması, təhlükəsizliyinin təmin edilməsidir. Həmçinin şəhərin xüsusən mərkəzi hissəsində yerləşən və görünüş cəhətdən xələl gətirilən həmin binaların tədricən sökülməsi və yerində müasir, yaşayış üçün tələb olunan məişət təminatlarını özündə əks etdirən yaşayış binalarının inşasını nəzərdə tutur.
Daha sonra tədbirdə Kristal
Abşeron MTKnın təsisçisi M.Nəbiyev çıxış edib. Şirkət rəhbəri çıxışında binanın
yeni sakinlərini və tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının həmrəyliyi
günü və yeni ilin gəlişi münasibəti ilə təbrik edib, rayon rəhbərliyinə
tədbirdə iştirakı üçün təşəkkürünü bildirib. M.Nəbiyev cənab prezident İlham
Əliyevin bu sahədə gördüyü işlərin əhəmiyyətindən və Pilot Layihələrin
mahiyyəti və məqsədi haqqında fikirlərini bildirdi. Daha sonra mənzil açarları bina sakinlərinə
təqdim edilib.
Qeyd edilib ki, bu gün sakinlərə təhvil verilən bu yeni binanın ümumi sahəsi
11300 kvadratmetr təşkil edir. Optik sistemdə
kabelləşən bu yeni binadakı 1, 2 və 3 otaqlı mənzillərin hər biri tam
təmirlidir. Binada sərnişin və yük daşıma liftləri quraşdırılıb, həmçinin
hər bir mənzil qaz, su və işıq sayğacları ilə təmin olunub. Bundan əlavə bina
sakinləri üçün yeraltı avtodayanacaq və uşaq meydançası da salınıb. Təhvil verilən bütün mənzillər Avropa istehsalı
materiallarla təmir edilib.
Sakinlər mənzil şəraitlərinin yüksək səviyyədə təminatına görə dövlətimizin
başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbir konsert proqramı ilə davam edib.