Xəbərlər

“Kristal Abşeron”un layihələri jurnalistlərin gözü ilə

Ölkənin tanınmış tikinti şirkətlərindən biri hesab edilən “Kristal Abşeron MTK”  paytaxtın müxtəlif istiqamətlərində müasir yaşayış komplekslərinin tikintisini aparır. Ötən gün jurnalistlərin iştirakı ilə MTK-nın Yeni Günəşli qəsəbəsində, “Azadlıq prospekti” metrostansiyası, eləcə də, metronun “Qara Qarayev” və “Koroğlu” stansiyaları arasındakı geniş ərazidə inşa etdiyi yaşayış komplekslərinə media-tur keçirildi. Layihələr üzrə işlər, eləcə də, tikintinin tamamlanması tarixi, satış qiymətləri haqqında geniş məlumat verildi.

“Azadlıq-2” Yaşayış Kompleksi fevralda təhvil veriləcək

Media-tura “Azadlıq-2” Yaşayış Kompleksindən başlandı. Binada aparılan tikinti işləri haqqında məlumat verən layihənin rəhbəri bildirdi ki, 16 mərtəbədən  və mansarddan ibarət olan kompleksin fasadı neoklassik üslubda layihələndiriləcək:

“Binada istilik sistemi kombidir. Sakinlərin rahatlığı üçün hər blokda 2 ədəd səssiz liftlər nəzərdə tutulub. Liftlərdən yeraltı parkinqə birbaşa enmək mümkün olacaq. Bu kompleksin inşasında tanınmış brendlərin məhsulları – Finlandiyanın “Kone” liftləri, Alman texnologiyası ilə istehsal edilmiş “PVC” plastik pəncərələri və Türkiyənin “Kale” şirkətinin seyf giriş qapıları quraşdırılıb. Binanın seysmik təhlükəsizliyi üçün başqa yaşayış komplekslərimizdə olduğu kimi, burada da yüksək keyfiyyətli armaturlardan və Ukraynada istehsal olunmuş kimyəvi qatqısız “B-25” betonundan istifadə edilib”.

O da məlum oldu ki, hazırda binada mənzillərin təmirinə başlanılıb. Yaşayış kompleksi növbəti ilin fevral ayında sakinlərə təqdim ediləcək.

İki metrostansiyaya yaxın ərazidə mənzil sahibi olmaq

Metronun “Qara Qarayev” və “Koroğlu” stansiyaları arasındakı geniş bir ərazidə,  magistral yolun yaxınlığında (Nizami rayonu, Özbəkistan küçəsi, 24/34 ünvanı) tikilməkdə olan yaşayış kompleksini də şirkətin uğurlu layihələrindən hesab etmək olar.

Layihənin rəhbəri qeyd etdi ki, mənzillərin tikintisində istifadə edilən armatur Rusiyanın Çelyabinsk vilayətindəki zavodun məhsuludur: “Zəlzələyə davamlılığı təmin etmək üçün Ukrayna istehsalı, yüksək keyfiyyətli, kimyəvi qatqısız “B-25” markalı betondan istifadə edilib. Betonun daha keyfiyyətli və hamar olması üçün istifadə edilən qəliblər Almaniyanın Avropada lider sayılan “Peri” şirkətinə aiddir. Mənzillərin qışda isti, yayda sərin olması üçün binalar daş yunu materialı ilə izolyasiya edilib. Binadakı sərnişin və yük liftləri Türkiyədə istehsal olunub, mühərrikləri isə İtaliyanın məşhur “Sicor” şirkətinindir”.

Dəniz mənzərəli mənzil

Media-tur çərçivəsində “Kristal Abşeron MTK”-nın daha bir layihəsi – Günəşli yaylasında tikilmiş yaşayış kompleksi ilə də tanış olduq. Şirkət kompleksdə mənzil sahibi olmaq istəyənlərə 1, 2 və 3 otaqlı, fərqli ölçülü mənzillər təklif edir.

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin “D” yaşayış massivində yerləşən binalardan metronun “Əhmədli” və “Xalqlar Dostluğu” stansiyalarına 10 dəqiqəlik avtomobil yolu var. Kompleksin bilavasitə yaxınlığında isə yeni metro stansiyası istifadəyə veriləcək.

Buradakı mənzillərin daha bir özəlliyi isə dənizə gözəl mənzərənin açılmasıdır.

Mənzillər yüksək keyfiyyətdə təmir edilir

“Kristal Abşeron” şirkəti hər üç layihə üzrə mənzilləri təmirli təhvil verir.  Mənzillərin təmirində  İtaliyanın “Limonta” şirkətinin divar kağızlarından, Rusiya istehsalı palıd parketdən,  İspaniyanın “STN” firmasının kafel və metlaxlarından, Türkiyənin E.C.A. firmasnın istehsalı olan hamam aksesuarlarından istifadə olunur. Evlərin girişinə Türkiyə istehsalı seyf giriş qapısı quraşdırılır.

Soyuğa, istiyə, nəmlənməyə dayanıqlı binalar

Rahatlıq və sağlamlıq üçün ən mühüm amillərdən biri də izolyasiyadır. İzolyasiya, evin temperaturunu qoruyub-saxlayaraq enerjiyə qənaəti təmin edir, yanğın təhlükəsizliyi yaradır və həm bayırdan, həm də qonşu mənzillərdən gələn səs-küyü azaldır. Bu səbəbdən mənzil alarkən binanın xarici üzündə izolyasiyanın olub-olmadığını soruşmaq lazımdır.  “Kristal Abşeron” öz layihələrində “TechnoNikol” şirkətinin izolyasiya sistemlərindən istifadə edir. Soyuğa, istiyə, nəmlənməyə dayanıqlı “TechnoNikol” şirkətinin izolyasiya məhsulları vulkanik daşlardan hazırlanıb. Bütün beynəlxalq standartlarlara cavab verir. “TechnoNikol” şirkətinin izolyasiya sistemləri (daş yunu) soyuq havada mənzili isti, isti havada isə sərin saxlayır.

Şirkətdən bildirildi ki, 5 sm daş yun materialı fasadda 80 sm içi boşluqlu kərpici əvəz edir. Bu daşla üzlənmiş fasad uzun illər qulluq tələb etmir.

Nəzərə çatdıraq ki, binanın izolyasiya edilməsi böyük vəsait tələb edir. Avropa və Amerika təcrübəsi göstərir ki, binada ən yaxşı izolyasiya təmin edən material daş yundur. Keyfiyyətə üstünlük verən və adını qoruyan tikinti şirkətləri bu materialdan istifadə edirlər.

Evlər kreditlə də satılır

Yüksək keyfiyyətlə inşa olunan və təmir edilən binada mənzil sahibi olmaq bəzən elə də çətin olmur. “Kristal Abşeron MTK” mənzilləri  daxili kreditlə 5 illik satışa təklif edir. Bu zaman ilkin ödəniş 30%-dir.

Həmçinin, şirkət bir neçə bank vasitəsilə 25 il müddətli ipoteka kreditini təklif edir. İlkin ödəniş 20%, faiz dərəcəsi illik 7% təşkil edir.

Kommunal xidmətlər təmin edilir

Şirkət müştərilərin qayğılarını azaltmaq məqsədilə mənzilləri bütün kommunal xidmətlərlə təmin olunmuş şəkildə təhvil verir. Sakinlərə mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı (kupça) təqdim olunur.  


BİZ SİZƏ ZƏNG EDƏK!