Xəbərlər

“Kristal Abşeron” layihələrini vaxtında və yüksək keyfiyyətlə başa çatdıracaq - AzerTAC

Azərbaycan tikinti sektorunun liderlərindən olan “Kristal Abşeron” şirkəti bu günlərdə öz  tikinti komplekslərinə media-tur təşkil edib. Turun məqsədi jurnalistləri şirkətin həyata keçirdiyi layihələrlə, işin kefiyyəti ilə elə yerindəcə tanış etmək idi. Bakı, Xırdalan və Sumqayıtı əhatə edən 5 başa çatmış, 19 davam etməkdə olan layihəsi ilə  “Kristal Abşeron”,   həm də tikinti şirkətləri arasında yaşayış komplekslərinin sayına görə birincidir. 2017-ci ildə bir neçə yeni layihənin başlanacağı da istisna deyil.

 Şirkətin üstünlüyü təkcə  tikdiyi binalarda yüksək keyfiyyətli materiallardan istifadə və binaların yüksək təhlükəsizlik və fasiləsiz kommunal xidmətlərlə təminatında deyil, həm də tam təmirli mənzillər və təhvil verilən evlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışla təmin edilməsidir.

Media- tur zamanı jurnalistlər əvvəlcə “Kristal Abşeron” un maraqlı layihələrindən olan və “Azadlıq metrostansiyası”nın yaxınlığında yerləşən  “8-ci mikrorayon”  layihəsi ilə tanış oldular.  3 girişli 16 mərtəbəli bina 1,2 və 3 otaqlı mənzillərdən ibarətdir. Yüksək keyfiyyətlə aparılan tikintiyə Ukrayna və Rusiya istehsalı olan armaturlardan istifadə edilir.  "Kristal Abşeron”un digər layihələrində olduğu kimi  “8-ci mikrorayon”  layihəsində də binalarda istiyə, soyuğa və nəmlənməyə davamlı izolyasiya sistemindən istifadə edilir. Avropanın aparıcı “daş yun” izolyasiya məhsulları istehsalçısı olan “TechnoNicol” şirkətinin izolyasiya məhsulları vulkanik daşlardan hazırlanır və bütün beynəlxalq standartlarlara cavab verir. “8-ci mikrorayon”  layihəsi şirkətin digər layihələri kimi vaxtında sakinlərin istifadəsinə veriləcək. 

Qeyd edilib ki, binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti də olacaq. Mənzillər xüsusi qurğularla təmizlənmiş isti və soyuq su ilə daimi təmin ediləcək. Evləri qızdıracaq mərkəzi istilik sistemi İtaliya istehsalıdır. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılacaq. Hər mərtəbədə 8 mənzilin yerləşəcəyini nəzərə alaraq iki lift quraşdırılması nəzərdə tutulub. Binanın həyətində də sakinlərin istirahəti üçün bütün şərait yaradılacaq.

“Kristal Abşeron”un növbəti layihəsi olan “Biləcəri layihəsi” ilə tanışılıq zamanı juranlitslər həm tikilən binalarda, həm də, tikintisi başa çatan mənzillərdə olub. Bu layihədə şəhərimizin şimal qapısı sayılan Biləcəri qəsəbəsi 5025-ci məhəllə ünvanda, metronun “20 Yanvar” və “Avtovağzal” stansiyaları dairəsində tikiləcək yaşayış kompleksində müxtəlif ölçülü, tam təmirli mənzillər təklif edilir.

Jurnalistlərə məlumat verilib ki, inşasına 2014 – cü ilin sonunda başlanmış bu layihə 16 mərtəbəli 5 binadan ibarətdir. Kompleksin şoseyə və metro stansiyalarına yaxın olması sakinlərə ictimai nəqliyyatdan rahat istifadə etmək imkanı yaradır.

Kompleksdə avtomobillərin təhlükəsizliyini qoruyacaq yeraltı dayanacaq və binanın mühafizəsini təmin edəcək xüsusi xidmət və kamera-nəzarət sistemi də nəzərdə tutulub. Yaşayış kompleksində sakinləri xırda məişət qayğılarından azad edəcək komendant xidməti də fəaliyyət göstərir.

Jurnalistlərin növbəti dayanacağı “Xırdalan-2” layihəsi oldu. “Xırdalan-1” və “Xırdalan-2” layihəsi “Kristal Abşeron”un ən uğurlu layihələrindən hesab olunur. Şirkət təkcə Xırdalan layihələrində 2000-dən artıq mənzil sahibini çıxarışla təmin edib. Bütün layihələr üzrə isə bu günə qədər 3000-dən artıq sakin çıxarışla sevindirilib. “Xırdalan-1” layihəsi haqda qısa məlumat zamanı məlum olub ki,inşasına 2012-ci ildə başlanan layihədə 18 ədəd hündür mərtəbəli yaşayış binasının inşa və təmir işləri yekunlaşdırılaraq sakinlərə təhvil verilib. Ümumilikdə 11 yaşayış binasından ibarət olacaq “Xırdalan-2” layihəsinin inşası isə 2014-cü ilin yay aylarında başlayıb. 2016-cı ildə artıq 7 yaşayış binası sakinlərin istifadəsinə verilib. Qalan 4 yaşayış binası isə 2017-ci ildə veriləcək. Binalarda 1,2 və 3 otaqlı mənzillər mövcuddur. Şirkət bu layihədə sakinlərin istəklərini və təkliflərini,xüsusən də gənc ailələri nəzərə alaraq daha fərqli funksiyalarla zəngin bir kompleks yaradır.

Xüsusilə qeyd etmək gərəkdir ki, “Xırdalan-2” layihəsinin baş tutduğu ərazi “Bakı-Sumqayıt-Bakı” istiqamətində hərəkət edən elektrik qatarlarının yeni dayanacağı olan Xırdalan stansiyasına çox yaxın ərazidə yerləşir.

“Kristal Abşeron”un “Sumqayıt layihəsi” isə dörd kompleksdən ibarətdir. Onlardan biri artıq inşası başa çatdırılaraq təhvil verilən 6-cı mikrorayonda yerləşən, dəniz mənzərəli, digəri isə inşasına yeni başlanılan, 10-cu mikrorayonda “Göyərçin” heykəlinin yaxınlığında, Xəzərin sahilində yerləşən və bütün mənzillərdən dəniz görünüşü olan “P” şəkilli yaşayış kompleksidir.

“Kristal Abşeron”un digər yaşayış komplekslərinin binalarında olduğu kimi burada da zəlzələyə davamlı, qatqısız, yüksək keyfiyyətli “B25” betonundan və Ukrayna istehsalı olan armaturlardan istifadə edilib. Beton hazırlanan zaman onun hamarlığını təmin edən qəliblər Almaniyanın “Peri” şirkətinindir. Tikintidə beynəlxalq standartlara uyğun Türkiyə malı olan elektrik kabellərindən istifadə olunub. Buradakı binalar ikiqat üzlüklə izoliyasiya olunub. Mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Plastik pəncərələr alman texnologiyası ilə hazırlanıb.

Mənzillərdəki parça tərkibli divar kağızları İtaliyada istehsal olunan yüksək keyfiyyətli “Limonta” firmasına aiddir, hamam aksesuarları isə Türkiyənin dünyaca məşhur “E.C.A.” şirkətinin istehsalıdır. Hamamların kafel-metlaxı İspaniyadan alınıb. Mənzillərin döşəmələrinə İndoneziya istehsalı parlaq parket düzülüb.

Burada bütün binaları fasiləsiz elektrik enerjisi ilə təmin edəcək generatorlar da nəzərdə tutulub. Binaların liftləri mühərrikləri İtaliyada istehsal olunan Türkiyə malıdır. Sakinlərin avtomobillərin təhlükəsizliyini təmin edən yeraltı avtodayanacaqdan liftlərlə birbaşa mənzillərə qalxma imkanı da var. Yaşayış kompleksinin təhlükəsizliyi qoruyucu kameralar və mühafizə xidməti tərəfindən fasiləsiz surətdə təmin olunur.

Qeyd edək ki, 2003-cü ildən “Kristal Abşeron” adıyla öz uğurlu fəaliyyətinə başlayan şirkət bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanıb, müştərilərinin etimadını qazanıb.

Bu gün “Kristal Abşeron” ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. 

BİZ SİZƏ ZƏNG EDƏK!