Park Yasamal 2

Satış şərtləri
20%-dən başlayan ilkin ödəniş. İllik 6% olmaqla, 20 ilədək kredit müddəti
Layihənin statusu
Tikintisi davam edir
Ünvan
Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarı (3 saylı ASAN Xidmət mərkəzinin arxası)

“Park Yasamal” – Yeni başlanğıclara doğru!

Park Yasamal layihəsi şəhərin əlverişli ərazilərindən biri olan Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun yaxınlığında və 3 saylı “ASAN xidmət” mərkəzinin arxasında yerləşir.  Bu isə şəhərin bütün istiqamətlərinə rahat və tez hərəkət etmək imkanı yaradır.  Belə ki, kompleksdən şəhərin müxtəlif istiqamətlərinə təxminən 10-15 dəqiqə ərzində çata biləcəksiniz.

Təbiətlə harmoniyada bir ömür!

Yasamal rayonunun yenilənən simasında 5 hektar ərazini əhatə edən geniş və yaşıllıqlarla əhatəli parkla yanaşı göl ətrafında salınacaq bulvar da sakinlərin istifadəsinə veriləcək.

Yaşayış kompleksində sakinlərin sağlamlığı və rahatlığı üçün uşaq oyun meydançaları, xəstəxana, məktəb, bağça, fitnes mərkəzi mövcuddur. Kompleks ərazisində fəaliyyət göstərən müxtəlif təyinatlı ticarət obyektləri, istirahət zonaları həm özünüzün, həm də övladlarınızın bütün ehtiyaclarını qarşılayacaq.

Avropa brendləri ilə təmir

Yeni üslubda xüsusi zövqlə dizayn olunmuş mənzillər öz bənzərsizliyi ilə göz oxşayacaq. Mənzillərin təmirində beynəlxalq standartlara uyğun və Avropa brendlərinə məxsus tikinti materiallarından istifadə olunur.

İpoteka Kalkulyatoru

manat
manat
manat
*1544 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!