City Garden

Satış şərtləri
10%-dən başlayan ilkin ödəniş, 20 ilədək kredit müddəti
Layihənin statusu
Tikintisi davam edir
Ünvan
Bakı şəh., Nərimanov rayonu, İslam Abışov küç., N. Nərimanov metro stansiyasının yaxınlığı.

Premium həyat “City Garden Nərimanov”da

Şəhərin mərkəzinə yaxın, həm də şəhər səs-küyündən uzaq bir layihə düşünün. Bu, artıq xəyal deyil! Şəhərin coğrafi mərkəzində yerləşən “City Garden Nərimanov”da premium həyat tərzini ən incə detallara qədər hiss edəcəksiniz.

17,3 hektar yaşıl həyət

17,3 hektarlıq geniş, yaşıl həyətdə çiçək və meyvə bağçası, uşaqlar üçün istirahət və oyun zolaqları, piknik və barbekü üçün xüsusi zonalar, dekorativ hovuzlar və fəvvarədən ibarət bənzərsiz landşaft sizə özünüzü təbiətin içində hiss etdirəcək.

Müxtəlif imkanlar

Bakının məşhur prospektlərini qovuşduran və 29 binadan ibarət olan yaşayış kompleksində sağlamlığınızın qeydinə qalarkən vaxtınızı əyləncəli keçirə bilməyiniz üçün - veloyol, tennis kortu, basketbol, futbol meydançaları, mini qolf zonası, açıq havada fitnes sahəsi və skeyt sürmək üçün xüsusi zona kimi bütün imkanlar düşünülüb.

Kompleks həyat tərzi

Heydər Əliyev prospektinin yaxınlığında, İslam Abışov küçəsində, N.Nərimanov metrosuna 720 metr məsafədə yerləşən bu layihədə geniş ticarət mərkəzi zolağı, əyləncə mərkəzi, müxtəlif kafe və iaşə obyektləri, açıq hava kinoteatrları sizi kompleksdən kənara çıxmadan bütün işlərinizi həll etmək imkanı ilə təmin edəcək.

Müasir memarlıq

Yerdən tavanadək pəncərələr, şəxsi bağçalı dupleks mənzillər və müasir memarlığa aid müxtəlif növ detalları ilə “City Garden Nərimanov” modern üslubda mənzil axtaranlar üçün əvəzsiz seçimdir.

İzolyasiyalı mənzillər

“City Garden Nərimanov” yaşayış kompleksində mənzillərarası və mənzildaxili divaralara yenilənmiş səs izolyasiyası tətbiq olunur. Yaradılan bu yeni izolyasiya sistemi mənzilinizdəki kənar səsləri yox dərəcəsinə endirir. Səs izolyasiyası imkanları ilə yanaşı istifadə etdiyimiz materiallar həmçinin istilik izolyasiyası xüsusiyyətinə malikdir. Bu da mənzillərin enerji səmərəliliyini və istilik performansını artıran ekoloji cəhətdən təmiz bir həldir. Beləliklə siz burada rahatlığı ən incə frekanslarına qədər hiss edəcəksiniz. Nə üst qonşunun mənzilindəki səs sizi narahat edəcək, nə də yay-qış mənzilinizdəki istiliyi mühafizə etməkdə problem yaşayacaqsınız.

Avropa brendləri ilə modern təmir

“City Garden Narimanov”da sakinlərə zövqlə dizayn edilmiş, tam təmirli mənzillər təqdim edilir. Təmirində yalnız Avropa brendlərindən istifadə olunmuş mənzillər premium həyat standartlarına tam olaraq cavab verir. Bu brendlərin hər biri ekoloji cəhətdən təmizdir və insan sağlamlığına zərərsizdir.

Grohe hamam aksesuarları

Alman istehsalı olan Grohe keyfiyyət baxımından qlobal bazarda aparıcı şirkətlərdəndir və bir sıra üstünlüklər təqdim edir. Bununla da Grohe hamam aksesuarları uzun illər sizə xidmət edəcək.  

Gewiss elektrik açarları və aksesuarları

İtaliya istehsalı olan Gewiss üslub, innovasiya və etibarlılığın unikal birləşməsinə görə digər brendlərdən seçilir. Klassik, müasir və ya minimalist üsluba üstünlük verməyinizdən asılı olmayaraq, Gewiss estetik seçimlərinizə uyğun müxtəlif dizaynlara malikdir və davamlı istifadəyə yararlıdır.

Prysmian yanmayan kabellər

İtaliyan şirkəti Prysmian Group kabel sistemləri sənayesində qlobal liderlərdəndir. Prysmian yanmayan kabellər sayəsində mənzilinizin yanğın təhlükəsizliyi daha yüksək səviyyədə təmin ediləcək. Qısa qapanmaya qarşı davamlı olan bu kabellər yandıqda belə insan sağlamlığı üçün təhlükə törətmir.

24/7 təhlükəsizlik, ağıllı seçimlər

Bütün bunlardan sonra təhlükəsizliyi də gözardı etmək olmaz! Yalnız sakinlərə məxsus və 3 giriş qapısı olan yeraltı avtodayanacaq, kompleks daxilindəki yerüstü keçidlər və 24/7 kamera nəzarət sistemi ilə təhlükəsizliyiniz tam təmin olunacaq. Əlavə olaraq ağıllı ev sistemləri sayəsində sakinlər özləri də evlərinin təhlükəsizliyinə nəzarət edə və müasir idarəetmə sisteminin bütün üstünlüklərindən faydalana biləcəklər.

Premium təmirli mənzillər əlçatan şərtlərlə

Çıxarışlı təhvil verilən, premium təmirli, modern üslublu mənzillərə 10 %-dən başlayan ilkin ödəniş və 20 ilədək ipoteka krediti ilə sahib olub yeni həyat tərzinə keçid edin!

İpoteka Kalkulyatoru

manat
manat
manat
*1544 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!