2019-cu ilin ortalarında Yasamal ASAN Xidmət mərkəzinin yaxınlığında inşasına başlanan Park Yasamal layihəsinin 2020-ci ilin 3-cü rübündə tam təmirli təhvil verilməsi planlaşdırılır.
Kristal Abşeron-dan şəhərin içində, möhtəşəm infrastruktura malik yeni Park Yasamal layihəsi! Bu layihədə tam təmirli mənzilləri uzunmüddətli, sərfəli kredit şərtləri ilə əldə edə bilərsiniz. Sakinlərin rahatlığı üçün kompleksdə uşaq bağçası, orta məktəb, stadion, fitnes, ticarət mərkəzi və bir çox iaşə obyektləri fəaliyyət göstərəcək. Mənzillərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış (kupça) verilir.
ASAN Xidmət mərkəzləri şəhərin cazibə nöqtələrinə çevrilib. ASAN Xidmətin olduğu bölgələr infrastruktur cəhətdən inkişaf etmiş olur. Mənzilinizin illər ərzində dəyər qazanmasında bu tipli cazibə mərkəzlərinin olmağı çox vacibdir. Kompleksdə 9-12 mərtəbəli binalar inşa edilir. Beləliklə, sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş ərazilərdə sıxlıq müşahidə edilməyəcək.
Kristal Abşeronun bu layihəsi də çox əlverişli mövqedə yerləşir. Belə ki, kompleksin Şərifzadə və Mətbuat prospektlərinə çıxışı var. Bu isə öz növbəsində sakinlərə ictimai nəqliyyatdan daha rahat istifadə etmə imkanı verəcəkdir. İnşaatçılar metrosuna 2 addımlıq məsafədə yerləşən kompleksin yaxınlığında bank filialları, Yasamal rayon telefon qovşağı, 3 saylı ASAN Xidmət mərkəzi, bazar, tibb mərkəzləri, uşaq bağçaları, məktəblər və digər iaşə obyektləri yerləşir.