Metronun yaxın olmasından başqa, buradan şəhərin bir çox yerinə avtobus marşrutlarının işləməsi sakinlərin yola az vaxt sərf etməsinə şərait yaradır.
Bina sakinlərinin istirahəti üçün nəzərdə tutulmuş yaşıllıq və çoxillik ağaclardan ibarət geniş parkda balacaları da sevindirəcək uşaq meydançası və fəvvarə var.
Nəsimi rayonu 9 saylı tam orta məktəbin yaşayış kompleksinin yaxınlığında yerləşməsi isə binanın məktəbli sakinlərini uzaq yol qayğısından azad edir.
Bu kompleksin inşasında tanınmış brendlərin məhsulları: Finlandiyanın “Kone” liftləri və Türkiyənin “Kale” şirkətinin seyf giriş qapılarından istifadə olunub. Bu isə yüksək keyfiyyətə önəm verməyimizin nümunəsidir.
Binanın seysmik təhlükəsizliyi üçün başqa yaşayış komplekslərimizdə olduğu kimi burada da yüksək keyfiyyətli armaturlardan və Ukraynada istehsal olunmuş kimyəvi qatqısız “B-25” betonundan istifadə olunub.
Binanın fasadı daş yun üzlüklə izolyasiya olunub ki, bu da mənzillərin qışda isti, yayda isə daha sərin olmasına xidmət edir.
24 saat fasiləsiz mühafizə xidməti və kamera nəzarət sistemləri olan yaşayış kompleksində sakinlərin qayğısı üçün komendant xidməti də fəaliyyət göstərir.
Bina sakinlərini dayanacaq axtarma qayğısından azad edən yeraltı avtodayanacaqdan liftlə birbaşa mənzillərə qalxmaq olur.