Blog

Az olsun, uz olsun

Orta əsrlərə nəzər salsaq, böyük köçəri tayfaların daimi yaşayış yeri yox idi, evi isə böyük çöllər əvəz edirdi. O vaxtlar ki, evi əvəz edən şeylər araba çadırlardan, alaçıqlardan ibarət idi. Məxsusi şəkildə türk tayfalarına və onların yürüş evləri sayılanyurdlardan(çadırlardan) danışaq. Yurd(çadır) - kiçik kvadraturalı yaşayış məkanı idi. Harada ki, minimalizmə məxsus mebelyalnız paltar və var-dövlətin yerləşdiyi sandıqlardan və ailə üzvlərinin üstünə yemək yığmaq üçün yox, məhz ibadət üçün istifadə etdiyi böyük olmayan stoldan ibarət idi. Kənar rütubətin içəri girməsinin qarşısını almaq üçün çadırın divarları və döşəmə heyvan dərisindən hazırlanmış xalça və örtükdən başqa artıq nəyəsə rast gəlmək olmazdı. Bəli, bir də ən əhəmiyyətlisi həmin balaca çadırda isti və mehriban münasibətləri olan, birgə olarkən bir-birlərinin qiymətini anlayan böyük ailə yaşayırdı.

İndi müasir dünyaya keçid eləyək. Bu gün trenddə olan minimalizmi dizaynerlər bizim əcdadlarımızdan götürüblər. Yığcamlıq minimalizmlə əvəz olunub. Kiçik kvadraturanın üstünlüyü ilə birgə minimalizm, aşkar şəkildə kiçik kvadrata malik evin işıqlandırması, sərinləşdirilməsi və isidilməsi üçün çox gözəl zəmin yaradır. Bu halda ortaya çıxan yaxşı hal odur ki, kiçik ərazi daha az yerləşdirmə və az tələblə minimum fiziki gərginlik olur. 

İndi mənzillər üçün bükülə bilən məşhur mebel-transformerlər çox məşhurdur. Sadəcə istədiyiniz zaman mebeli toplayaraq əlavə sahəni azad etmiş olursunuz və nəticədə işlərinizi rahat görmək üçün geniş şərait yaranır. 

Kiçik mənzillər haqqında bəşəriyyətin əbədi mövzusu qədər bir xeyli yazmaq olar. Bəs kiçik kvadraturaya məxsus mənzillərin hansı üstünlükləri var?

1.        Sağlamlıqlarında az da olsa problem olan və ya tənha yaşayan adamlar böyük kvadrata malik olan evi yığışdırmaqdan azad olurlar. Ona görə də kiçik mənzillərin sahibi rahat nəfəs ala bilərlər.

2.        İkinci problem - mənzili yığışdırmaq üçün sərf etdiyiniz enerjiniz. Bir çox insan bizimlə razılaşar ki, kvadraturası balaca olan mənzili həm tez, həm də az fiziki əmək sərf etməklə yığışdırmaq olur. Kvadratura nə qədər balacadırsa, evi bir o qədər rahat tənzimləmək olur.

3.        Mənzilin havalandırılması, sərinlətmə və istilik sistemi. Bax bu ailə büdcəsinin əsas maddəsidir. Nə qədər ki mənzil balacadır, oranın isidilməyinə və soyudulmasına az enerji sərfiyyatı gedəcək və bu ailə büdcəsinin istismarının qənaətinə səbəb olacaq. Və çox güman siz bilirsiniz ki, indiki kondisionerlər xüsusi kvadraturaya uyğun işləyirlər və əgər evin kvadratı böyükdürsə, onda sizə bir neçə kondisioner almaq lazım gələcək ki, bu da baha başa gəlir. Və ya belə olduğu halda siz hər dəfə kondisionerinizi yükləyərək nasaz olmasına görə hər dəfə usta çağırmalı olacaqsınız.

4.        Zaman. Əsrimizdə ən çox qiymətləndirilən vacib resursdur. Mənzilin yığışdırılmağına sərf olunan zamandan sonra öz şəxsi işlərinə məşğul ola bilərsən. Belə ki, bizim zamanımız çox şeyə çatmır və burda balaca kvadraturası olan mənzil qazanc elementi rolunu oynayır.

5.        Bir şeyləri itirmək böyük evlərin problemlərindən biridir, ancaq kiçik mənzildə belə problemlə qarşılaşmayacaqsız.

6.        Mebel xərclərinin aşağı olması da başqa avantajlardan sayıla bilər. Çünki istifadə etdiyiniz mebel daha minimal ölçülərlə başa gəlir.

Ona görə də balaca kvadraturası olan yaşayış yerləri rahatlığı və az məişət öhdəliklərini sevənlər üçün əla seçimdir. Necə deyərlər “Az olsun, uz olsun”.

CALLBACK