News

Azərbaycanda Avropa mənzilləri tikilir - milli.az

Azərbaycanda Avropa mənzilləri tikilir

Azərbaycan əsaslı və mənzil tikintisi sektorlarının ən sürətlə inkişaf etdiyi ölkələrdən biridir. Bu intensiv inkişafı şərtləndirən əsas məqamlardan biri də yerli şirkətlərin fəaliyyətidir.

Həmin şirkətlər arasında orta statistik binalar inşa edənləri də var, ən son dünya stantdartlarına cavab verən, fərqli dizayn və modern memarlıq üslublu, dəqiq hesablanmış landşaft dizaynlı binalar tikən strukturlar da var.
Belə şirkətlərdən biri də, ölkəmizdə sürətlə inkişaf edən və işləri ilə daima fərqlənən "Kristal Abşeron MTK"dır.

2003-cü ildən fəaliyyətə başlayan "Kristal Abşeron" bu günə qədər bir çox uğurlu layihələrə imza atıb. İndiki və gələcək nəsillərin yaşayacağı dövrə uyğun keyfiyyətli binalar inşa edərək cəmiyyətin sosial həyatına dəstək olmağa çalışan "Kristan Abşeron MTK" üçün sakinlərinin həyat səviyyəsini hər zaman daha yaxşı etmək əsas vəzifələrdən biridir.

Ötən həftə sözügedən şirkət öz "əsərlər"i ilə tanış etmək və gördüyü işlərin keyfiyyətini real şəkildə göstərmək üçün yerli KİV nümayəndələri ilə görüş keçirib.

Bakı - Xırdalan - Sumqayıt şəhərlərində 24 layihə icra etməkdə olan şikətin böyük üstünlüklərindən biri isə odur ki, sakinlər evi aldıqda onu çıxarışla birlikdə əldə edirlər. Bu gün isə "Kristal Abşeron" 3 mindən artıq sakinə çıxarış təqdim edib.

"8-ci Mikrorayon" layihəsi

Binəqədi rayonu, S. Sani Axundov küçəsində inşası davam edən 8-ci mikrorayon layihəsi, iyun ayının 10u tikintisinə start verilib. 16 mərtəbədən ibarət olunacaq bina gələn 2017-ci ilin oktyabr ayının avvəlinə təhvil verməyi planlaşdırılır.

Bu barədə jurnalistlərə layihənin direktoru  Hüseynov Elçin məlumat verib. Hal-hazırda 5-ci mərtəbəsi tikilməkdə olan 8-ci mikrorayon layihəsinin inşaat materialları həm daxili həm də, xarici bazarlardan alınır:

Hamam aksesuarları Türkiyədən, divar kağızları İtaliya, kafel-metlax İspaniya, parketlər isə Rusiyadan gətirlir.

Binada inşa olunan mənzillərin kvadratına gəldikdə isə, 1 otaqlı 45.8-46.5 m2, 2 otaqlı 70.8-71.4 m2, otaqlı 109.2-122.6 m2 nəzərdə tutulub.

Binada sakinlər həm də, qonaqlar üçün geniş avtodayacaq inşa olunur. Nəzərinə çatdıraq ki, sözügedən layihəyə ən yaxın metro stansiya isə "Azadlıq" metrosudur.

"Biləcəri" layihəsi

Avtovağzaldan 5 dəqiqdəlik məsafədə olan "Biləcəri" layihəsi 16 mərtəbədən ibarətdir. Ümumilikdə layihədə 5 bina nəzərdə tutulur, hal-hazıda isə 2 bina sakinlərin istifadəsi üçün təhvil verilib.

Layihənin mühəndisi Hüseynov Azərin sözlərinə görə layihənin inşası 2014-cü ildə başlayıb. Kompleksin şoseyə və metro stansiyalarına yaxın olması sakinlərə ictimai nəqliyyatdan rahat istifadə etmək imkanı verir.

İnşaat materialları digər layihələrdə olduğu kimi burada da, həm xarici həm də, daxili bazarlardan alınmaqdadır.

Mənzillərin kvatrat sahəsi: 1 otaqlı, 40.6-46.6-50.6 m2, 2 otaqlı, 64.1-67.3 m2, 3 otaqlı isə 89.1 m2.

CALLBACK