Javahir Residence

Satış şərtləri
20%-dən başlayan ilkin ödəniş. İllik 10% olmaqla, 20 ilədək kredit müddəti.
Layihənin statusu
Tikintisi bitib
Ünvan
Yasamal rayonu, Şərifzadə küçəsi 104

Bakının yeni incisi - "Javahir Residence" sizə mənzillərdə axtardığınız gözəlliyi və komfortu təqdim edir!

"Javahir Residence" layihəsi Yasamal rayonu, Şərifzadə küçəsi 104 ünvanında yerləşir. 


Binaların pilləkən və dəhlizlərinə mərmər döşənmiş, fasadına isti və soyuğu keçirməyən xüsusi izolyasiya qatı çəkilmişdir. TexnoNikol şirkətinin izolyasiya sistemləri (daş yunu) soyuq havada mənzilinizi isti, isti havada isə sərin saxlayır. İzolyasiya sistemi həmçinin büdcənizə qənaət etməyə kömək edir.

Mənzillərdə qurulan ağıllı ev sistemi ilə özünüzü gələcəkdə hiss edirsiniz...

Ağıllı ev rahatlıq, qənaət, maksimum təhlükəsizlik, mərkəzdən və uzaqdan nəzarət edərək, idarə edə bilməkdir. Ağıllı ev ssenariləri zaman itirmədən işıqlandırma, istilik-soyutma, təhlükəsizlik və s. kimi gündəlik həyatınızda olan standart ehtiyaclarınızı mərkəzdən bir toxunuşla idarə etməyinizə imkan yaradır. Bu sistem gündəlik həyatda bir çox işləri avtomatik olaraq yerinə yetirilməsini təmin edir.

Mənzillərdə E.C.A. şirkətinin fərdi istilik sistemləri quraşdırılmışdır!

Tavanının hündürlüyü 3 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC”pəncərələridir. Sanitar qovşağının kafel-metlağı İspaniya, mənzilin döşəmələri Rusiya istehsalıdır. Mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkilir. Mənzillər Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik radiatorları ilə təchiz olunmuşdur.

Layihənin yaxınlığında Musabəyov parkı və Yasamal parkı yerləşir!

Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti də var. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılmışdır. Bina 7/24 təhlükəsizlik kameralarının nəzarətindədir!


İpoteka Kalkulyatoru

manat
manat
manat
0124321121/0502743300 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!