Neftçilər

Satış şərtləri
20%-dən başlayan ilkin ödəniş. İllik 6% olmaqla, 20 ilədək kredit müddəti
Layihənin statusu
Tikintisi bitib
Ünvan
Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi 130C
Neftçilər metro stansiyası yaxınlığında geniş bir ərazidə, magistral yolun yaxınlığında inşa edilmiş yaşayış kompleksinin təməli 8 fevral 2017-də qoyulub.

Neftçilər metro stansiyası yaxınlığında

Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi 130C (köhnə ünvan Rüstəm Rüstəmov 20) ünvanında salınmaqda olan bu yaşayış kompleksi ilə 109 saylı tam orta məktəblərin arası bir o qədər də uzaq məsafə təşkil etmir. Bu, binada yaşayacaq məktəblilər üçün yerinə düşəcək. Kompleksin yaxınlığında 8-ci km bazarı, alış-veriş etmək üçün supermarket, sakinlərin istirahət etməsi üçün park sahəsi mövcuddur.

Yaşıllıq və ağaclardan ibarət uşaq meydançalı geniş həyətə malik 16 mərtəbəli kompleksə müxtəlif mağazalar, iaşə obyektləri və uşaq baxçası da daxildir.
Yaşayışa tam hazır, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla (kupça) təhvil verilən mənzillərin tikintisində istifadə edilmiş armatur Rusiyanın Çelyabinsk vilayətindəki qocaman zavodun məhsuludur. Zəlzələyə davamlılığı təmin etmək üçün Ukrayna istehsalı yüksək keyfiyyətli, kimyəvi qatqısız “B-25” markalı betondan istifadə edilmişdir.

Betonun daha keyfiyyətli və hamar olması üçün istifadə edilən qəliblər Almaniyanın Avropada lider sayılan “Peri” şirkətinə aiddir. Mənzillərin qışda isti, yayda sərin olması üçün binalar daş yunu materialı ilə izolyasiya edilib.

Tam təmirli  və çıxarışlı mənzillər

Binada Türkiyənin məşhur “Firat ” boruları işlədilmişdir. Alman texnologiyası ilə istehsal edilən plastik “PVC” pəncərələrdən istifadə olunub. Ən müasir avadanlıqlarla təhciz edilmiş mərkəzi istilik sistemi quraşdırılmışdır.

Mənzillərdə İtaliyada istehsal olunmuş parça tərkibli “Limonta” divar kağızları və Türkiyənin məşhur “E.C.A.” şirkətinin hamam aksesuarları sakinlərimizin öz istəkləri ilə seçilmişdir.

Binadakı sərnişin və yük liftləri Türkiyədə istehsal olunub, mühərrikləri isə İtaliyanın məşhur “Sicor” şirkətinindir.

Təhlükəsizliyi video-nəzarət sistemi və mühafizə xidməti tərəfindən 24 saat fasiləsiz qorunan binanın altındakı geniş avtodayanacaqdan sakinlər liftlərlə birbaşa mənzillərə qalxa bilərsiniz


İpoteka Kalkulyatoru

manat
manat
manat
(050) 2747499 / (012) 3747499 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!