Yeni Günəşli 1

Satış şərtləri
20%-dən başlayan ilkin ödəniş. İllik 6% olmaqla, 20 ilədək kredit müddəti
Layihənin statusu
Tikintisi bitib
Ünvan
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi

Şəhərimizin səfalı guşələrindən olan, havasının təmizliyi ilə seçilən Günəşli yaylasında tikilmiş yaşayış kompleksində 1, 2 və 3 otaqlı fərqli ölçülü mənzillər mövcuddur. Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin “D” yaşayış massivində yerləşən binalarımızdan metronun “Əhmədli” və “Xalqlar Dostluğu”stansiyalarına 10 dəqiqəlik avtomobil yolu var.

Buradakı mənzillərdən dənizə gözəl mənzərə açılır və bu da kompleksimizə xüsusi üstünlük verir. Digər binalarımızda olduğu kimi bu binalarda da müştərilərimiz üçün arzuladıqları gözəl şəraiti yaratmışıq. Mənzillər bütün zəruri şeylərlə təmin olunmuş şəkildə təhvil verilib.

Dəniz mənzərəli mənzillər...

Kompleksin inşasında zəlzələyə davamlılığı təmin etmək üçün Ukrayna istehsalı yüksək keyfiyyətli, kimyəvi qatqısız “B-25” betonundan istifadə olunub. Betonun daha keyfiyyətli və hamar olması üçün istifadə olunan qəliblər isə Almaniyanın məşhur “Peri” şirkətinə aiddir. Tikintidə istifadə olunan yüksək keyfiyyətli armaturlar Ukrayna malıdır.

Binanın boruları Türkiyənin tanınmış brendi olan “Firat” şirkətinin məhsuludur. Yaşayış kompleksinə elektrik xəttləri çəkilərkən istifadə olunan kabellər isə Türkiyənin “İmkacable” şirkətinindir. Binanın divarlarının suvanmasında “Mətanət A” sementi işlədilib.

Yaşayış kompleksində binaları fasiləsiz elektrik enerjisi ilə təmin edəcək generatorlar da var. Giriş qapıları Türkiyə malıdır, daxili qapıları isə Belarus istehsalıdır.

Buradakı mənzillərdə döşəmələrə İndoneziya istehsalı parlaq parket düzülüb, divarlara isə İtaliya malı olan parça tərkibli divar kağızı çəkilib. Mənzillərdə bütün hamam aksesuarları Türkiyənin “E.C.A.” şirkətinə, bütün plastik pəncərələr isə alman texnologiyası ilə istehsal olunmuş “PVC” şirkətinə aiddir.

Mənzilləri çıxarışla (kupça) təmin edirik!

Yaşayış kompleksində sakinlərin rahatlığı üçün onların istifadəsinə yerli və xarici telekanalların çıxışını təmin edən rəqəmsal-peyk yayım sistemi, telefon və internet xəttləri də verilib.

Bina sakinləri xüsusi qurğularda təmizlənmiş isti və soyuq su ilə fasiləsiz təmin olunurlar.

Yaşayış kompleksimizdə uşaq əyləncə mərkəzi, yaşıllıqlar və çoxillik ağaclardan ibarət geniş park da salınmışdır.

Sakinlərimiz avtomobillərin təhlükəsizliyini təmin edən yeraltı avtodayanacaqdan Türkiyədə istehsal olunmuş liftlərlə birbaşa mənzillərinə qalxma imkanına malikdir.

Bütün yaşayış kompleksinin təhlükəsizliyi qoruyucu kameralar və mühafizə xidməti tərəfindən fasiləsiz surətdə təmin olunur. Komendant xidməti isə sakinlərin gündəlik məişət qayğılarının azalmasına xidmət edir.

İpoteka Kalkulyatoru

manat
manat
manat
(012) 478 37 97 / (050) 247 10 10 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!