Xəbərlər

Sumqayıtda yaşayışa hazır 2 otaqlı studio mənzil – 38500 manat

Kristal Abşeron məhdud sayda yaşayışa hazır mənzilləri kampaniya ilə satışa çıxarıb. Söhbət Sumqayıt şəhəri 9 və 10-cu mikrorayon layihələrinə aid mənzillərdən gedir.


 

Kristal Abşerona aid digər layihələrdə olduğu kimi burada da  mənzillər həm optimal yerləşmə, həm də təmir baxımından idealdır. Belə ki, bu layihə alman Parkı, Heydər Parkı və Şərq Bazarının yaxınlığında yerləşir. Bundan əlavə Sumqayıt şəhəri 9-cu mikrorayon layihəsinin ətrafında 23 və 26 nömrəli orta məktəb, Sumqayıt Dövlət Universiteti, Unikal Klinikası, idman kompleksi və supermarket yerləşir.

Əsas diqqət çəkən məqamlardan biri də mənzillərin təmiridir. Mənzillərin təmirində İtaliya, İspaniya, Türkiyə kimi ölkələrin təmir materialları,ləvazimatları və aksesuarları istifadə edilib. Binaların fasadı isə daş yunu ilə üzlənib. Bu material qışda 70%ə qədər enerji sərfiyyatına qənaet etməyə imkan verir.

Təmirli mənzillər üzrə təklif edilən qiymətlər də müştərilər üçün münasibdir. Belə ki, tam təmirli yaşayışa hazır çıxarışlı mənzillərin qiyməti 29 500 AZN-dən başlayır. Müştərilər bu qiymətə 30 kv.m–lik 1 otaqlı mənzilə sahib ola bilərlər. Studio tipli 39.4 kv.m–lik 2 otaqlı yaşayışa hazır tam təmirli mənzil isə 38500AZN-ə təklif edilir.

Daha ətraflı məlumat əldə etmək istəyənlər (018 64)2 02 00, (050) 484 00 08 əlaqə nömrələrinə və ya *1544 çağrı mərkəzinə müraciət edə bilərlər.

BİZ SİZƏ ZƏNG EDƏK!