Orta əsrlərə nəzər salsaq, böyük köçəri tayfaların daimi yaşayış
yeri yox idi, evlərini isə böyük çöllər əvəz edirdi. O vaxtlar ki, evi əvəz edən
şeylər araba çadırlarından, alaçıqlardan ibarət idi. Məxsusi şəkildə türk tayfalarına
və onların yürüş evləri sayılan yurdlardan(çadırlardan) danışaq.
Yurd(çadır) - kiçik kvadraturalı yaşayış məkanı idi. Hansı ki,
minimalizmə məxsus mebel yalnız paltar və var-dövlətin yerləşdiyi
sandıqlardan və ailə üzvlərinin üstünə yemək yığmaq üçün yox, məhz ibadət üçün
istifadə etdiyi böyük olmayan stoldan ibarət idi. Kənar Rütubətin içəri
girməsinin qarşısını almaq üçün çadırın divarlarında və döşəmədə heyvan
dərisindən hazırlanmış xalça və örtükdən başqa artıq nəyəsə rast gəlmək olmazdı.
Bəli, bir də ən əhəmiyyətlisi həmin balaca çadırda isti və mehriban
münasibətləri olan, birgə olarkən bir-birlərinin qiymətini anlayan böyük ailə
yaşayırdı.
İndi müasir dünyaya keçid edək. Bugünün trendi olan minimalizmi dizaynerlər bizim əcdadlarımızdan götürüblər. Bir sözlə, yığcamlıq minimalizmlə əvəz olunub. Kiçik kvadraturanın üstünlüyü ilə birgə minimalizm, aşkar şəkildə kiçik kvadrata malik evin işıqlandırması, sərinləşdirilməsi və isidilməsi üçün çox gözəl zəmin yaradır. Bu halda ortaya çıxan yaxşı hal odur ki, kiçik ərazi, daha yığcam yerləşdirmə və az tələblə fiziki gərginlik minimum səviyyədə olur.
İndi mənzillər üçün bükülə bilən məşhur mebel-transformerlər çox məşhurdur. Sadəcə, istədiyiniz zaman mebeli toplayaraq əlavə sahəni azad etmiş olursunuz və nəticədə işlərinizi daha rahat görmə imkanı yaranır.
Kiçik mənzillər haqqında bəşəriyyətin əbədi mövzusu qədər bir xeyli yazmaq olar. Bəs kiçik kvadraturaya məxsus mənzillərin hansı üstünlükləri var?
1. Sağlamlıqlarında az da olsa problem olan və ya tənha yaşayan adamlar böyük kvadrata malik olan evi yığışdırmaqdan azad olurlar. Ona görə də kiçik mənzillərin sahibi rahat nəfəs ala bilir.
2. İkinci problem - mənzili yığışdırmaq üçün sərf etdiyiniz enerji. Bir çox insan bizimlə razılaşar ki, kvadraturası balaca olan mənzili həm tez, həm də az fiziki əmək sərf etməklə yığışdırmaq olur. Kvadratura nə qədər balacadırsa, evi bir o qədər rahat tənzimləmək olur.
3. Mənzilin havalandırılması, sərinlətmə və istilik sistemi. Bax bu ailə büdcəsinin əsas maddəsidir. Nə qədər ki mənzil balacadır, oranın isidilməyinə və soyudulmasına az enerji sərfiyyatı gedəcək və bu ailə büdcəsinin istismarının qənaətinə səbəb olacaq. Və çox güman siz bilirsiniz ki, indiki kondisionerlər xüsusi kvadraturaya uyğun işləyirlər və əgər evin kvadratı böyükdürsə, onda sizə bir neçə kondisioner almaq lazım gələcək ki, bu da baha başa gəlir. Və ya belə olduğu halda siz hər dəfə kondisionerinizi yükləyərək nasaz olmasına görə hər dəfə təmir etdirməli olacaqsınız.
4. Zaman. Əsrimizdə ən çox qiymətləndirilən vacib resursdur. Mənzilin yığışdırılmağına sərf olunan zamandan sonra öz şəxsi işlərinizlə məşğul ola bilərsiniz. Belə ki, zamanımız çox şeyə çatmır və burda balaca kvadraturası olan mənzil qazanc elementi rolunu oynayır.
5. Bir şeyləri itirmək böyük ev problemlərindən biridir, ancaq kiçik mənzildə belə problemlə qarşılaşmayacaqsınız.
6. Mebel xərclərinin aşağı olması da başqa üstünlüklərdən sayıla bilər. Çünki istifadə etdiyiniz mebel daha minimal ölçülərlə başa gəlir.
Ona görə də balaca kvadraturası olan yaşayış yerləri rahatlığı və az məişət öhdəliyi sevənlər üçün əla seçimdir. Necə deyərlər: “Az olsun, uz olsun”.