Mənzillərin təmiri barədə uzun-uzadı danışmaq olar və bu
söhbətlərin sonu yoxdur. Bu dəfə isə mənzil təmiri mövzusunu bir də
oxuyucunun hökmünə buraxmaq olar, bir incəsənət kimi.
Mənzillərin təmirini bir neçə kateqoriyaya bölmək olar:
1. Sadəcə mənzili “təravətləndirmək” istəyi zamanı olunan təmir
2.Yüngül təmir(bu birinci bənddən fərqlənir)
3.Orta təmir
4.Tam təmir
5.İncəsənət tərzində təmir
Bu məqalədə söhbət yuxarıda qeyd olunan 5-ci bənddən gedəcək, hansı ki, təmir incəsənətə çevirilir. Bəzən belə təmiri qəliz sənət üslublu təmirlə səhv salırlar, hansı ki, incəsənətlə bağlıdır, ancaq o daha qəliz və zövqsüzlüklə ehtiva olunub. Bütün dahilik əslində işin görünüşünün sadəliyindədir. Təmirdəki incəsənət ən birinci mövcud çərçivələri aradan götürür, mənzilə rahatlıq gətirir. Əgər evin kvadraturası balacadırsa, onda onu daha geniş formaya gətirir.
Təmirdə incəsənət qəliz və zövqsüz hər şeyə dözümsüz yanaşır,
necə ki, tələskənliyə də olduğu kimi. Hər şey sevgi ilə həyata
keçirilməlidir və şedevr əsərin ortaya çıxması üçün böyük səbr
tələb edir. Bəli, təmirdə də şedevrlər yaratmaq olar ki, bu öz-özlüyündə sənət
əsərinin yaranması deməkdir. Əgər sizin qarşınıza mənzilləri sənət əsərinə
çevirə bilən şirkət və ya briqada çıxarsa, onların işə görə tələb etdiyi
ödənişin baha olduğunu düşünsəniz, tələsik olaraq bu işin reallaşmasından
imtina etməyin. Hərçənd belə işin haqqını ədalətli şəkildə ödəmək yerinə düşər.
Bu məbləğ qarşılığında sizin evi ədalətli şəkildə təmir edəcəklər və bu
gözəllik uzunmüddətli olacaq. Eviniz əsl evə çeviriləcək, hansı ki, bu adi “ev”
sayılmayacaq.
Ev “evdən” həmişə fərqlənir. “Ev” sözü çox zaman yalnız ad kimi nəzərdə tutulur, ev isə özündə rahatlığı, işığı, istiliyi və həmçinin, işdən sonra geri dönərkən ən xoş yer sayılan xüsusiyyətlərə malik məkandır. Sənət əsəri yaradan təmir hər zaman evi əsl ev necə olmalıdırsa, o şəklə gətirir.