Media

2018-də təhvil veriləcək binalardan mənzil almağa tələsin!

Bəzi alıcılar tikintisi yeni başlayan binalardan mənzil almağa üstünlük vermirlər. Bir çox ailələr kirayədə yaşadığından və ya ailə yeni qurulduğundan alınan mənzilə qısa müddətdə köçmək istəyirlər. Bu baxımdan 2018-ci il ərzində yaşayışa təhvil veriləcək binalardan mənzil almaq bir fürsətdir.

Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yaşayış binaları tikən, indiyədək minlərlə ailəni çıxarışlı (kupça) mənzil sahibi edən “Kristal Abşeron” şirkəti 2018-ci ildə əksər layihələrini təhvil verəcək.

 Bakı şəhərində “8-ci mikrorayon”, “Əcəmi 2”, “İnqilab 2”, “Şərifzadə” layihələri, Xırdalan şəhərində “Xırdalan 2”, Sumqayıt şəhərində “Sahil Park Sumqayıt”, “Sumqayıt 9-cu mikrorayon”, “Sumqayıt 10-cu mikrorayon” layihələri təhvil veriləcək. Layihələrin ünvanları və binalar barədə daha ətraflı məlumatı https://kristalabsheron.az/az/projects/index ünvanından almaq olar.

“Kristal Abşeron” şirkəti 2018-ci ildə daha 4 yeni layihənin inşasına başlayacaq. Yaxın vaxtlarda ünvanlar barədə ictimaiyyətə məlumat veriləcək.

“Kristal Abşeron”un bütün layihələrini birləşdirən ortaq 5 səbəb – Avropa istehsalı materialları ilə keyfiyyətli təmir, isti və soyuğadavamlı izolyasiya sistemləri, vaxtında təhvil, sərfəli ödəmə üsulları və ən əsası bütün mənzillərin çıxarışla (kupça) təmin edilməsidir.

“KÖÇ YAŞA” ŞƏKLİNDƏ TAM TƏMİR

Vətəndaşlar üçün təmirin hesab edilən qədər asan olmadığını başa düşən “Kristal Abşeron” şirkəti mənzilləri Azərbaycanda ilk dəfə olaraq 2013-cü ildən başlayaraq kütləvi şəkildə tam təmirli, “köç yaşa” şəklində təhvil verir. Təmirə Türkiyə istehsalı giriş qapısı, Belarus istehsalı mənzilin daxili qapıları, Almaniya texnologiyası ilə istehsal olunmuş plastik qapı və pəncərələr, İtaliya istehsalı divar kağızları, Türkiyənin E.C.A. şirkətinin istehsalı hamam aksesuarları, İspaniya istehsalı kafel-metlax, Belarus və Rusiya istehsalı parket döşəmə (palıd) və s. daxildir. Təmir dedikdə bütün lazimi aksesuarlar da nəzərdə tutulur və alıcı əlavə xərc çəkməli olmur.

SAKİNLƏR ƏZİYYƏTSİZ YAŞAYIR

"Kristal Abşeron" şirkəti binaları metro stansiyalarına, marşrut yollarına, bağça, məktəb, market kimi obyektlərə yaxın ərazilərdə inşa edir. Qısası, hər şey əlinizin altında olacaq.

YAYDA SƏRİN, QIŞDA İSTİ MƏNZİLLƏR

“Kristal Abşeron” layihələrində “TexnoNikol” şirkətinin izolyasiya məhsulundan istifadə edilir. Binaların cəbhəsi (çöl hissəsi) soyuğa, istiyə, nəmlənməyə dayanıqlı təbii daşlardan hazırlanan daş yunu ilə üzlənir. Daş yunu binanın çöl divarı ilə iç divarı arasındakı temperatur fərqini azaltdığından soyuq havada mənzili isti, isti havada isə sərin qalmasını təmin edir. Nəticədə, mənzil sahibləri enerji xərclərinə 70 faizədək qənaət etmiş olurlar.

SƏRFƏLİ SATIŞ ŞƏRTLƏRİ

“Kristal Abşeron” şirkətinin bu il təhvil veriləcək yaşayış binalarında mənzillərin böyük hissəsi satılıb. Çox az sayda qalan mənzillər düzgün qərar verən alıcıların olacaq. Mənzillər, 20 faiz ilkin ödənişi olan 25 illik ipoteka ilə (illik 7 faiz) təklif olunur.

QISA MÜDDƏTDƏ, VAXTINDA TƏHVİL

Bu gün, tikilməkdə olan binadan mənzil alaraq uzun müddətdir yeni mənzilinə köçə bilməyən ailələr minlərlədir. Bir çox tikinti şirkəti binanı söz verdiyi vaxtda təhvil verə bilmir. Fəxrlə qeyd edək ki, indiyədək “Kristal Abşeron” şirkəti 10 layihə üzrə binaların tikintisini vaxtında tamamlayaraq sakinlərin ixtiyarına verib. Şirkətin “Bayıl”, “Xırdalan 1”, “Yeni Günəşli 1”, “Sumqayıt 6-cı mikrorayon” və s. layihələri nümunə kimi göstərilə bilər. Ötən illər ərzində ailələrə tam təmirli, “kupçalı” mənzillər təhvil verməklə “Kristal Abşeron” ən güvənli tikinti şirkətlərindən birinə çevrilib.

Layihələr barədə daha ətraflı: http://kristalabsheron.az/az/project/index/43

https://www.facebook.com/KristalAbsheron/?fref=ts

Tel:*1544

BİZ SİZƏ ZƏNG EDƏK!