Bloq

Ev seçimində əsas 4 məqam


Dahi rus yazıçısı Lev Tolstoy deyirdi ki, "Xoşbəxt o adamdır ki, öz evində xoşbəxtliyi var".

Həqiqətən də, insanın öz şəxsi evinin olması və bu evdəki rahatlığı çox xoş haldır. Xoş halın və rahatlığın miqyasını genişləndirmək üçün insanın komfortlu evə sahib olması isə önəmli amildir. Ev seçimi öz-özlüyündə olduqca vacib və həssas məsələdir. Düzdür, bu məsələni reallaşdırmaqda sizə peşəkar və etibarlı ev dəllalları kömək edə bilər. Ancaq, istənilən halda sizin də bilməyiniz vacib olan məqamlar var. Bu məqamları bilmək sizə imkan verir ki, daha yaxşı ev seçimində yanılmayasınız. Gəlin birlikdə bu məqamlar ilə tanış olaq:

Yerləşdiyi məkan

Gələcək mənzilinizi seçərkən binanın yerləşdiyi yerə mütləq diqqət etməlisiniz. Ətrafındakı bazar, park və iaşə obyektlərindən başqa övladlarınızın gedəcəyi məktəb, universitet və bağçaların olması sizə həm vaxt qazandırır, həm də rahatlıq verir. Bundan əlavə avtobus dayanacaqlarının, metro stansiyaların və prospektlərin yaxınlığında olması da önəmlidir, axı heç kim dərsə və ya işinə gecikmək istəməz. İş yerindən söhbət düşmüşkən, qərar verərkən iş yerinə yaxın layihələrə diqqət etməyiniz də vacib nüanslardandır. Bundan başqa dünyanın bir çox yerində olduğu kimi bizdə də şəhərin içi ilə müqayisədə şəhər xaricini, daha seyrək olan yerləri tərcih edənlər də var. Bu da təbii ki, sakitlik və ekoloji xüsusiyyətləri düşünənlər üçündür.

Tikintinin yaşı
Yeni ev seçimi edərkən, hər zaman yeniliyə meyilli olmaq daha məsləhətlidir. Əgər bəyəndiyiniz binadakı mənzil köhnə binalardan sayılırsa, o zaman diqqət edəcəyiniz bir neçə nüans olacaq. Müəyyən etməlisiniz ki, binadakı su və kanalizasiya boruları hansı vəziyyətdədir.

Bünövrə

Binada mənzil seçərkən ən vacib məqamlardan biri də evin bünövrəsinin düzgün qoyulmasına diqqət etmək lazımdır. Düzgün qoyulan bünövrədə şeben qatı, izolyasiya qatı və digər tədbirlərin görülməsi binanı qrunt sularının mənfi təsirlərindən qoruyur. Evin bünövrəsi yaxşı qoyulubsa, bu ev nəmlik verməyəcək. Nəm verən ev sahiblərinin gələcəkdə revmatizm, bronxit kimi nəmişlikdən yaranan xəstəliklərə düçar olmasına səbəb ola bilər. Bu səbəbdən həyət evləri və binaların ilk mərtəbələri yerdən müəyyən hündürlükdə olmalıdırlar ki, nəmliyə məruz qalmasınlar. 

Binanın fasadı

Binanı seçərkən fasadına da mütləq diqqət edin. Burada iki məqam önəmlidir. Birincisi fasadın keyfiyyətli materiallardan olması onun tez sıradan çıxmasının qarşısını alır. Eyni zamanda fasadın möhkəmliklə bərabər gözəl görünməsi də önəmlidir. İkincisi izolyasiya faktorudur. Binaların isti və soyuqdan, eləcə də səsdən izolyasiya olunması sakitliyin və komfortun təminatçısıdır.

BİZ SİZƏ ZƏNG EDƏK!