Xəbərlər

“Kristal Abşeron” 400-dən artıq sakin üçün iftar süfrəsi təşkil etdi

Ramazan ayında birlik və bərabərliyi möhkəmləndirmək üçün bir-birindən gözəl tədbirlər keçirilir.

İnsanlara sərfəli şərtlər ilə müasir və konfortlu mənzillər bəxş edən “Kristal Abşeron” şirkəti də, 16 iyun 2017-ci il tarixində “Xırdalan 1” və “Xırdalan 2” layihələrinin sakinləri üçün iftar süfrəsi təşkil etmişdir.

İftar süfrəsində 400-dən artıq sakin iştirak edib və iftarı birlikdə keçirməyin xoşbəxtliyini yaşayıblar.

“Kristal Abşeron” şirkətindən bildirildi ki, Ramazan ayı birlik və bərabərliyin nümayiş etdirilməsi üçün önəmli bir fürsətdir:  “Biz də müştərilərimiz və dostlarımızı iftar süfrəsində görüşdürərək bu birlik və bərabərliyə töhfə verdiyimizə ümid edirik. Tikdiyimiz yaşayış komplekslərində yaşayan insanlar bir ailədir. Çox şükür, ailəmiz günü-gündən böyüyür. Allah hər kəsin işini avand, rifah və səadətini daimi etsin".

İftar süfrəsi mehriban söhbət havasında keçib və dualar edilib.

“Kristal Abşeron” Ramazan ayının bütün Azərbaycan xalqına xeyrlərə vəsilə olmasını arzulayır.

 

BİZ SİZƏ ZƏNG EDƏK!