Xəbərlər

“Kristal Abşeron” şirkəti jurnalistlərə öz layihələrini və gördükləri işin keyfiyyətini təqdim etmək üçün press-tur təşkil edib. - lent.az

Şirkətin nümayəndələri ilk öncə “Kristal Abşeron” haqqında geniş məlumat verib. Onlar bildiriblər ki, 2003-cü ildən “Kristal Abşeron” adıyla öz uğurlu fəaliyyətinə başlayan şirkət bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanıb, müştərilərinin etimadını qazanıb.Bu gün “Kristal Abşeron” ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. Şirkət qarşısına qoyduğu məqsədlərə artıq böyük uğurla çatmış və bundan sonrakı fəaliyyətində də bu kursu davam etdirmək əzmindədir.

“Kristal Abşeron” şirkəti Azərbaycandan ən çox  yaşayış kompleksi həyata keçirən tikinti şirkətidir: “Kristal Abşeron” şirkətinin 24 bitmiş və davam edən layihəsi var. Gələn il üçün artıq planlaşdırılan 3 layihəsi var. Bundan əlavə “Kristal Abşeron” öz maliyyə və materialı hesabına bütün layihələrini bir il ərzində başa çatdırmaq gücünə malikdir və şirkətin daxili kredit vermək imkanları var.Hazırda Bakı, Xırdalan və Sumqayıtda yaşayış kompleksləri inşa edilir”.

Tikinti şirkəti jurnalistlərə 8-ci mikrorayon, Biləcəri, Xırdalan və Sumqayıtda layihələri ilə tanış edib.

 

İlk öncə “Azadlıq prospekti” metro stansiyasının yaxınlığında 2016-cı ilin sonlarından inşasına başlanan “8-ci mikrorayon” layihəsi ilə tanışlıq olub. Layihə rəhbəri jurnalistlərə məlumat verərək qeyd edib ki,  layihə 2017-ci ilin sonlarından tam təmirli təhvil veriləcək:  “Binalar qısa müddət ərzində mərkəzi istilik sistemi, qaz və bütün kommunal xidmətlərlə təchiz ediləcək. Bundan əlavə bütün layihələrdə təhvil verilən mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışla təmin edilir. Tikilməkdə olan binanın artıq 40 faizinin satıldığı diqqətə çatdırılıb.

Şirkət təmsilçisi jurnalistlərə bildirilib ki, Ukrayna istehsalı armatur və kimyəvi qatqısız “B25” markalı beton ilə zəlzələyə davamlı tikilən binaların pilləkən və dəhlizlərinə mərmər döşənəcək: “ Binaların bayır divarlarına isti və soyuğu keçirməyən xüsusi izolyasiya qatı çəkilir. Tavanının hündürlüyü 3 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC” , sanitar qovşağının kafel-metlağı isə İspaniya malıdır. Döşəmələri Rusiya istehsalı parket olacaq mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkiləcək. Mənzillər üçün Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik radiatorları da nəzərdə tutulub. Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti də olacaq. Mənzillər xüsusi qurğularla təmizlənmiş isti və soyuq su ilə daimi təmin ediləcək. Evləri qızdıracaq mərkəzi istilik sistemi İtaliya istehsalıdır. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılacaq. Hər mərtəbədə 8 mənzilin yerləşəcəyi və insan axınını nəzərə alaraq iki lift quraşdırılacağı vurğulanıb. Binanın yerləşdiyi ərazidə idman və sağlamlıq mərkəzi, müasir tələblərə cavab verən tibb məntəqəsi, uşaqlar üçün rahat və ən əsası evə yaxın bağça, mənzilə birbaşa çıxışı olan yeraltı avtomobil dayanacağı, həmçinin ticarət və iaşə obyektləri də fəaliyyət göstərəcək”.

 

 8 mk rayon lahiyyəsindən sonra “Biləcəri layihəsi” ilə tanışılıq olub.  Jurnailtslər həm tikilən binalarda, həm də, tikintisi başa çatan mənzillərdə olub. Bu layihədə şəhərimizin şimal qapısı sayılan Biləcəri qəsəbəsi 5025-ci məhəllə ünvanda, metronun “20 Yanvar” və “Avtovağzal” stansiyaları dairəsində tikiləcək yaşayış kompleksində müxtəlif ölçülü, tam təmirli mənzillər təklif edilir.

 Bu lahiyyə məhsul şəxs jurnalistlərə məlumat verərək qeyd edib ki, inşasına 2014 – cü ilin sonunda başlanmış bu layihə 16 mərtəbəli 5 binadan ibarətdir: “ Kompleksin şoseyə və metro stansiyalarına yaxın olması sakinlərə ictimai nəqliyyatdan rahat istifadə etmək imkanı yaradır. Həyətində geniş parkı, uşaq meydançası və uşaq bağçası olan kompleksdən 2 saylı tam orta məktəbə olan məsafə çox da uzaq deyil, bu da sakinlərə və övladlarına əlavə rahatlıq bəxş edir. Tikintidə Ukrayna istehsalı olan yüksək keyfiyyətli armaturlardan və kimyəvi qatqısız “B-25” betonundan istifadə edilir. Yaşayış kompleksinin binaları daş yunu ilə izoliyasiya olunur ki, bu da mənzillərin yayda sərin, qışda isə isti qalmalarını təmin edəcək.

 “Kristal Abşeron”un mühəndisi lahiyyə haqqında məlumat verərkən  bildirib ki, təmirli mənzillərdə İspaniyanın “Stn ceramica” kafel-metlaxından, Türkiyədən gətirilmiş hamam aksesuarlarından da istifadə edilir: “Sakinlər xüsusi qurğularda təmizlənmiş isti və soyuq su ilə fasiləsiz təmin olunurlar. Kompleksdəki mənzillərin qızınmasını təmin edən mərkəzləşdirilmiş istilik sisteminin bütün avadanlıqları İtaliya istehsalıdır. İstifadəyə yerli və xarici telekanalların çıxışını təmin edəcək mərkəzləşdirilmiş rəqəmsal-peyk yayım sistemi, telefon və internet xəttləri də verilib. Layihədə bütün binaları fasiləsiz elektrik enerjisi ilə təmin edəcək generatorlar da nəzərdə tutulub və quraşdırılıb. Binaların liftləri İtaliya istehsalıdır.”.

 Müştərilərin qayğılarını azaltmaq məqsədilə mənzillər bütün kommunal xidmətlərlə təmin olunmuş şəkildə təhvil verilir. Mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış da  təqdim edilir”.

Nümayəndə jurnalistlərə bildirib ki, kompleksdə avtomobillərin təhlükəsizliyini qoruyacaq yeraltı dayanacaq və binanın mühafizəsini təmin edəcək xüsusi xidmət və kamera-nəzarət sistemi də nəzərdə tutulub. Yaşayış kompleksində sakinləri xırda məişət qayğılarından azad edəcək komendant xidməti də fəaliyyət göstərir”.

 “ “Xırdalan-2” layihəsi də şirkətin ən uğurlu layihələrindən hesab olunur. Şirkət təkcə Xırdalan layihələrində 2000-dən artıq mənzil sahibini çıxarışla təmin edib. Bütün layihələr üzrə isə bu günə qədər 3000-dən artıq sakin çıxarışla sevindirilib.

 “Xırdalan-1” layihəsinin məsul şəxslərindən biri jurnalistlərə açıqlama verən zaman qeyd edib ki, 2013-ci ildə başlanan layihədə 18 ədəd hündür mərtəbəli yaşayış binasının inşa və təmir işləri yekunlaşdırılaraq sakinlərə təhvil verilib: “Ümumilikdə 11 yaşayış binasından ibarət olacaq “Xırdalan-2” layihəsinin inşası isə 2014-cü ilin yay aylarında başlayıb. 2016-cı ildə artıq 7 yaşayış binası sakinlərin istifadəsinə verilib. Qalan 4 yaşayış binası isə 2017-ci ildə veriləcək. Binalarda 1,2 və 3 otaqlı mənzillər mövcuddur. Şirkət bu layihədə sakinlərin istəklərini və təkliflərini,xüsusən də gənc ailələri nəzərə alaraq daha fərqli funksiyalarla zəngin bir kompleks yaradır”.

 Buradan “Kristal Abşeron”un Sumqayıt şəhərində olan iki lahiyyəsi ilə tanışlıq olub. 6-cı mikrorayonda yerləşən, dəniz mənzərəli lahiyyəsində 5 bina tikilərək təhvil verilib. Artıq sakinlərin istifadəsində olan binalar bütün kommunal xidmətlərlə təmin olunub. Şirkətin nümayəndəsi qeyd edib, artıq bu 5 binada olan mənzillərin 80 faizi satılıb. 6-cı mikrorayonda yerləşən “Kristal Abşeron”un yaşayış kompleksində sakinlərin istirahəti üçün uşaq əyləncə mərkəzləri , yaşıllıqlar və çoxillik ağaclardan ibarət geniş park istifadəyə verilib. Kompleksdə müxtəlif təyinatlı mağazaların fəaliyyət göstərir.

“Kristal Abşeron”un digər yaşayış komplekslərinin binalarında olduğu kimi burada da zəlzələyə davamlı, qatqısız, yüksək keyfiyyətli “B25” betonundan və Ukrayna istehsalı olan armaturlardan istifadə edilib. Beton hazırlanan zaman onun hamarlığını təmin edən qəliblər Almaniyanın “Peri” şirkətinindir. Tikintidə beynəlxalq standartlara uyğun Türkiyə malı olan elektrik kabellərindən istifadə olunub. Buradakı binalar ikiqat üzlüklə izoliyasiya olunub. Mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Plastik pəncərələr alman texnologiyası ilə hazırlanıb.

Mənzillərdəki parça tərkibli divar kağızları İtaliyada istehsal olunan yüksək keyfiyyətli “Limonta” firmasına aiddir, hamam aksesuarları isə Türkiyənin dünyaca məşhur “E.C.A.” şirkətinin istehsalıdır. Hamamların kafel-metlaxı İspaniyadan alınıb. Mənzillərin döşəmələrinə Rusiya istehsalı parlaq parket düzülüb.

 Yerli və xarici telekanalların çıxışını təmin edəcək mərkəzləşdirilmiş rəqəmsal-peyk yayım sistemi, telefon və internet xəttləri də sakinlərin xidmətindədir. Su xüsusi qurğularda təmizlənmiş isti və soyuq şəkildə fasiləsiz verilir. Mənzillərin isidilməsini təmin edən mərkəzləşdirilmiş istilik sistemi İtaliya istehsalıdır.

 Burada bütün binaları fasiləsiz elektrik enerjisi ilə təmin edəcək generatorlar da nəzərdə tutulub. Binaların liftləri mühərrikləri İtaliyada istehsal olunan Türkiyə malıdır. Sakinlərin avtomobillərin təhlükəsizliyini təmin edən yeraltı avtodayanacaqdan liftlərlə birbaşa mənzillərə qalxma imkanı da var. “Kristal Abşeron”un  10-cu mikrorayonda “Göyərçin” heykəlinin yaxınlığında, Xəzərin sahilində yerləşən və bütün mənzillərdən dəniz görünüşü olan “P” şəkilli yaşayış komleksidir. Şirkrətin Sumqayıt üzrə nümayəndəsi bildirib ki, artıq dəniz mənzərəli  mənzillərin hamısı satılıb: “Sumqayıtın dəniz sahilindəki ən mənzərəli binasıdır. Buradakı mənzillərə sakinlərdə daha çox maraq var. Binanın “P” şəkildə tikilməsinə səbəb isə binada yaşayan hər bir sakinin dənizi görməsidir.” 

BİZ SİZƏ ZƏNG EDƏK!