Xəbərlər

“Kristal Abşeron”dan mənzil almaq niyə sərfəlidir? - Baku.ws

Azərbaycanda iqtisadi vəziyyət bütün sektorlarda olduğu kimi tikinti sektoruna da mənfi təsir göstərib. Ölkəmizdə tikinti sahəsində onlarla fəaliyyət göstərən şirkət var. Ancaq bu şirkətlər arasında çox az şirkət hazırki iqtisadi vəziyyətdən itkisiz çıxmağı bacarıb. Belə şirkətlərdən biri də “Kristal Abşeron”dur.

 

Şirkətin 3 şəhərdə (Bakı, Sumqayıt və Xırdalan) inşa etdiyi 19 layihədə tikinti tam sürətlə davam edir. Apardığımız müşahidələr göstərir ki, şirkətin bütün layihələrində fasiləsiz iş gedir və binalar nəzərdə tutulmuş vaxtda müştərilərə təhvil veriləcək.

2003-cü ildən “Kristal Abşeron MTK” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkət bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb. Bu gün “Kristal Abşeron MTK” ölkənin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. “Kristal Abşeron MTK” Azərbaycanda ən çox bina tikən şirkətdir. Başqa tikinti şirkətlərinin iqtisadi böhranla mübarizə apardığı bir zamanda “Kristal Abşeron MTK” yeni layihələrin təməlini qoyur. 2017-ci ildə 3 belə yeni layihənin həyata keçirilməsi planlaşdırılır.

“Kristal Abşeron MTK” bu günə qədər 3 mindən çox mənzilə çıxarış (kupça) verərək sakinləri sevindirib. MTK-nın digərlərindən fərqi binaların vaxtında təhvil verilməsi, fasiləsiz qaz, su və işıqla təmin edilməsidir. Bununla yanaşı, layihələr şəhərin ən əlverişli yerlərində inşa edilir. Məktəb, tibb ocaqları, böyük marketlər və iaşə obyektləri sakinlər üçün əlçatan olur. Mənzillərin daxili ipoteka kreditləri ilə faizsiz satışı isə şirkətin daha bir üstünlüyüdür.

“Kristal Abşeron MTK”nın rəsmiləri bildirir ki, binaların tam təhvil verilməsi üçün şirkət lazımi hazırlıqları əvvəldən görüb. Belə ki, şirkətin anbarında armatur, bütün layihələri təmin edəcək qədər sement,santexnika ləvazimatları, parket, qapı və digər təmirdə istifadə ediləcək materiallar var. Bu materiallar şirkətin layihələrinin davam etdirilməsi üçün azı 1 illik ehtiyat deməkdir. Binaların təmiri üçün lazım olan materiallar isə xarici ölkələrdən alınır. Kəmiyyətə deyil, keyfiyyətə önəm verən şirkət həyata keçirdiyi layihələrlə müştərilərin rəğbətini də qazanıb.

Müasir təcrübəyə və texnologiyaya yiyələnmiş şirkət müştəri ehtiyyaclarını vaxtında ödəmək üçün dayanmadan çalışmaqdadır. Həyati ehtiyyacların ən xırda məqamlarına diqqət yetirmək və daima yeniliklərə imza atmaq “Kristal Abşeron MTK”-nın əsas iş prinsipidir. Şirkət fəaliyyəti boyu öz mükəmməl komanda ruhu ilə yüzlərlə ailəyə gözəl yaşayış təqdim etmək üçün onların xəyallarındakı evləri inşa etməyə davam edir.

BİZ SİZƏ ZƏNG EDƏK!