Xəbərlər

“Kristal Abşeron” sakinləri “kupça” aldılar

“Kristal Abşeron”un sədri: “Bu indi də belədir, gələcəkdə də bu cür olacaq”

“Kristal Abşeron”un Xırdalan şəhərində tikdiyi binalarda  bu günə kimi 1500-ə qədər sakin öz mənzilləri üçün çıxarış alıb. Hal hazırda 100-ə yaxın bina sakininə çıxarış verilir, daha 800 mənzil sahibi yaxın günlərdə mənzillərinin çıxarışlarını alacaqlar”.

Bu sözləri “Kristal Abşeron”un sədri Azər Məhərrəmov Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Kristal Abşeron sakinləri üçün Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi “Kütləvi çıxarış” kampaniyası çərçivəsində keçirilən tədbirdə deyib.

 

MTK-nın sədri bildirib ki, ümumiyyətlə “Kristal Abşeron”dan hazır binalardandan mənzil alınandan təxminən 10 gündən sonra çıxarış verilir: “Sakinlər mənzillərinə köçdüyü gündən etibarən qaz, su, işıq və mənzilin çıxarışı onlara təqdim olunur. Bu indi də belədir, gələcəkdə də bu cür olacaq. Nə vaxt ki, bina hazır oldu, mənzillər bütün kommunal xidmətlərlə və çıxarışla təmin olunaraq sakinlərin ixtiyarına verilir. Bu gün də insanlar mənzillərinin çıxarışlarını alırlar. Çox sevinclidirlər”.

Mənzillərinə çıxarış alan sakinlərdən Tahir Yusifov deyir ki, Xırdalanda yerləşən “Kristal Abşeron”da 3 mənzili var:

“Əmlak Məsələləri Dövlət Komitəsi rahat şəkildə, işimizdən ayrılmadan, binamızın həyətində çıxarışlarıbizətəqdim edir. Buna görə həm Əmlak Məsələləri Dövlət Komitəsinə, həm də “Kristal Abşeron”un rəhbərliyinə təşəkkür edirik”.

T. Yusifov bildirib ki,“Kristal Abşeron”dan çox razıdır:  “Bu şirkət Azərbaycanda yeganə tikinti şirkətidir ki, həm şərti, həm də şəraiti çox yaxşıdır. Burada mənzillər təmirli təklif olunur. İsti, soyuq su 24 saat verilir. Mərkəzi İstilik Sistemi var. Buradan artıq 3-cü mənzil alıram. Düşünürəm ki, heç bir şirkət bu kimi sakinlərini razı sala bilməz”.

Başqa bir sakin Raziyyə Məmmədova isə mənzilinə elə binanın həyətindəcə çıxarış aldığı üçün çox sevinclidir:

“Elə sevinirik ki… Çünki vaxtilə biz mənzillərə çıxarış almaq çox əziyyət çəkərdik. Amma indi Əmlak Məsələləri Dövlət Komitəsi bizi sevindirdi. Evimizin yanındaca çıxarışlarıbizə təqdim etdilər. Çox sağ olsunlar”.

Rəna Babayevə da Əmlak Məsələləri Dövlət Komitəsinin onlar üçün yaratdığı şəraitdən məmnundur:

“Əmlak Məsələləri Dövlət Komitəsi sağ olsun ki, vaxt itkisi olmadan çıxarışımızı binamızın qarşısında təqdim edirlər”.

BəsirəFəttahova da mənilinə çıxarış alan sakinlərdəndir. Onun sözlərinə görə Kristal Abşerondan aldıqları mənzildən çox razıdırlar:

“Binaların şəraiti çox yaxşıdır. Sakinlərin rahatlığı üçün hər bir şərait yaradılıb. Evlərin tək şəxsiyyət vəsiqəsi ilə verilməsi də çox yaxşı haldır. Belə olduğu üçün dövlət işində işlməyən adam da rahatlıqla mənzil ala bilir. Mənzillər 20 il müddətində kreditlə təklif olunur. Kreditin manatla olması da çox yaxşıdır. Bizim mənzilimiz 40, 1 kvadratmetrdir. Mənzil tam təmirli şəkildə təhvil verilib. Çox keyfiyyətli təmir olunub.”.

Qeyd edək ki,“Kristal Abşeron” ölkənin bir neçə şəhərində, xüsusilə paytaxt Bakının müxtəlif yerlərində inşa etdiyi yaşayış binalarında müştərilər üçün tam təmirli 1,2 və 3 otaqlı mənzillər təklif edir. “Kristal Abşeron”un “Xəyallarınızı inşa edirik” – devizi ilə çıxış edir.

Xatırldaq ki, Əmlak Məsələləri Dövlət Komitəsinin

həyata keçirdiyi “Kütləvi çıxarış” kampaniyası sayəsində vətəndaşlar və əmlak sahibləri öz ünvanlarındaca qeydiyyat sənədləri əldə edə bilir. Xidmətlərin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir.

BİZ SİZƏ ZƏNG EDƏK!