News

Böhran olsa da, bu şirkət sürətlə tikir - marja.az

Dekabrın 24-də “Kristal Abşeron”  şirkəti tikinti sahələrinə media-tur təşkil etmişdi. Məqsəd jurnalistləri şirkətin layihələri ilə tanış etmək və layihələr barədə ətraflı məlumat vermək idi.

Jurnalistlər ilk öncə şirkətin Bakı şəhəri, Süleyman Sani Axundov 3A ünvanında, “Kəmalə və Nərmin” şadlıq evinin yaxınlığında yerləşən “8-ci mikrorayon” layihəsilə tanış oldular. Ərazidə tikinti işləri sürətlə davam edirdi.

“KRİSTAL ABŞERON ŞİRKƏTİNDƏ GECİKMƏ OLMUR”

Layihənin direktoru Elçin Hüseynov bildirdi ki, yaşayış kompleksi 3 girişli 16 mərtəbəli binadan ibarətdir:

“Bina 1,2 və 3 otaqlı mənzillərdəm ibarətdir. Tikinti bütün layihələrimizdə olduğu kimi burda da yüksək keyfiyyətdə aparılır.  Ukrayna və Rusiya istehsalı olan armaturlardan istifadə edirik. “Mineralni  vata” izolyasiya materialı  və  parket Rusiyadan, kafel və metlax İspaniyadan, santexnika materialları isə Türkiyədən alınır”.

Elçin Hüseynov qeyd etdi ki, inşaatda fasilə yoxdur,  mənzillər söz verilən tarixdə sahiblərinə təhvil veriləcəkdir:

“Kristal Abşeron” şirkətində gecikmə olmur, binalar söz verilən vaxtda təhvil verilir. Ümumiyyətlə, şirkətimiz binanı həcmindən asılı olaraq 1- 1,5 il ərzində tikərək yaşayışa təhvil  verir.

“BU İŞLƏRİN TİKİNTİ ŞİRKƏTİ ÜÇÜN XƏRCİ ÇOXDUR”

Layihənin rəhbəri qeyd etdi ki, “Kristal Abşeron” şirkəti sakinlərin rahatlığı üçün hər bir xərci çəkir:

“Binanın fasadı “Mineralni vata” ilə izoliasiya olunur. Kompleksin, isti su və qışda istilik üçün avtonom qazanxanası, fasiləsiz elektrik enerjisi təchizatı üçün iki transformatoru və generator sistemi olacaqdır. Transormatorlardan birində nasazlıq yarandıqda digər transformator, elektrik enerjisi kəsildikdə isə generator işə düşəcəkdir.  Bu işlərin şirkət üçün xərci çoxdur, amma biz insanların qayğısına qalıb bunları edirik”. Kompleksdə geniş həyət, uşaqların oynaması üçün əyləncə sahələri, sakinlərin avtomobillərini saxlamaları üçün yeraltı qaraj nəzərdə tutulub.

MƏNZİLLƏRİN 40%- SATILIB

Elçin Hüseynov bildirdi ki, “Kristal Abşeron” şirkəti mənzilləri manatda kredit ilə təklif etdiyindən maraq böyükdür. Artıq “8-ci mikrorayon” yaşayış kompleksindəki mənzillərin 40%-i satılıb.

“Bakıda tikilən binaların bir çoxunda mənzillər təmirsiz satılır. Bu zaman biri mənzili alır, iki ildən sonra təmir edir. Bu da yaşayan insanların narahatlığına səbəb olur. Buna görə,  “Kristal Abşeron”  şirkəti mənzilləri tam təmirli şəkildə təhvil verir, sakinlər yad ustalar görmədən, səssiz-küysüz, tozsuz bir şəraitdə rahat yaşayırlar ”.

BİLƏCƏRİDƏ DƏ QIZĞIN İŞ GEDİR

 “Kristal Abşeron” şirkətinin Biləcəri qəsəbəsində inşa etdiyi yaşayış kompleksində də olduq. Burada da qızğın iş gedirdi. Artıq kompleksin 2 binasında yaşayış başlayıb, istifadəyə verilən binalar mərkəzi istilik sistemi və isti su ilə təmin edilib, digər binaların tikintisi sürətlə davam etdirilir.

Layihənin baş mühəndisi Azər müəllim bildirdi ki, tikinti işlərinin vaxtında təhvil verilməsi üçün kifayət qədər tikinti materialları ehtiyatı mövcuddur:

“Tikintidə əsas tələb olunan material armaturdur. Bu günlərdə Ukraynadan böyük həcmdə armatur almışıq və bu bizə tikinti işlərini söz verilən vaxta başa çatdırmağa imkan verir. Sement, qum, çınqıl daxil  bir çox materiallar yerli istehsaldır.   Hazırda anbarımızda layihənin nəzərdə tutulan vaxtda təhvil verilməsi üçün materiallar mövcuddur”.

“TERMOS” BİNALAR

Bildirildi ki, “Kristal Abşeron”un tikdiyi digər binalarda olduğu kimi, Bləcəri yaşayış kompleksində də binaların fasadı “Mineralni  vata” ilə üzlənir.  “Mineralni vata” termos rolunu oynayır, binanın istiliyini çölə, soyuğu da içəri buraxmır.

Burada da sakinlərin rahat yaşaması üçün hər bir şərait mövcuddur, su, elektrik enerjisi, qaz  və istilik yüksək səviyyədə təmin olunur:

“1340 m3-luq su anbarımız var. 340 m3-u yanğın hadisələri üçün, qalan 1000 m3 isə sakinlər üçün nəzərdə tutulub.

Kompleksin mərkəzi istilik sistemi mövcuddur. Qazanxanalar həm isti su, həm də mənzillərin isidilməsi üçün nəzərdə tutulub.Nasosxana 7 ədəd nasos ilə təchiz edilib. Əgər nasoslardan birində nasazlıq yaranarsa, sakinlərdə su probleminin olmaması üçün ehtiyat nasoslardan biri işə düşür.

İki transformator quraşdırılıb, onlardan biri işlək vəziyyətdədir, biri isə ehtiyat üçün nəzərdə tutulub. Ümumiyyətlə işıq sönsə, generatorlar işə düşür”.

TƏMİZLİK VƏ İSTİLİK DİQQƏTİ CƏLB EDİR

Jurnalistlər Biləcəri yaşayış kompleksində təmirli mənzillər ilə də tanış oldular. Binanın dəhlizinin təmiz və isti olması diqqəti cəlb edirdi. Mənzillər də yüksək zövqlə təmir edilmişdi.

XIRDALAN2 LAYİHƏSİNDƏ 11 BİNADAN 7-Sİ TƏHVİL VERİLİB

Jurnalistlər şirkətin Xırdalan şəhərində inşa etdiyi “Xırdalan 2” yaşayış kompleksini də gəzdilər. Bildirildi ki, 11 binadan ibarət olan kompleksdə 10 binanın tikintisi başa çatdırılıb, 7 binada artıq yaşayış başlayıb.  Hazırda 11-ci binanın 7-ci mərtəbəsi tikilir.  Bundan başqa, həyatyanı abadlaşdırma, yaşıllaşdırma və qaraj işləri qalıb. 2017-ci ilin Mart ayında kompleksin tam təhvil verilməsi nəzərdə tutulur.

 “Xırdalan2” yaşayış kompleksində də mərkəzi istilik sistemi, daimi isti və soyuq su, elektrik enerjisi və təbii qaz mövcuddur.Burada da dəhlizlər təmiz və isti idi.

SƏMƏRƏLİ PLANLAŞDIRMA – İSTİFADƏ OLUNAN SAHƏLƏR GENİŞDİR

Qeyd edək ki, “Kristal Abşeron” şirkətinin digər binalarında olduğu kimi, Xırdalandakı yaşayış kompleksində də səmərəli planlaşdırma aparılıb, dəhliz və hol çox yer aparmır, sahənin böyük hissəsi istifadə üçün qalır. İstifadə olunmayan sahələr (dəhliz, hol, balkon) kiçik, istifadə olunana sahələr (otaqlar, mətbəx) isə geniş layihələndirilib.  

MƏNZİL ALICININ İSTƏDİYİ KİMİ TƏMİR OLUNUR

Məlumat verildi ki, alıcının istəyinə uyğun olaraq mənzilin planında dəyişiklik edilə bilər. Kafel və divar kağızı mənzil sahibi tərəfindən seçilir. Bunun üçün şirkətin satış mərkəzlərində nümunələr mövcuddur.

 Qeyd olundu ki, mənzil alıcıya təhvil verildikdən sonra “kupça”sı da təqdim olunur.

SUMQAYITDA DƏNİZ MƏNZƏRƏLİ MƏNZİLLƏR

Jurnalistlər Xırdalan layihəsilə tanışlıqdan sonra şirkətin Sumqayıt şəhərində H.Əliyev parkının yanında tikilən “Sahil Park” yaşayış kompleksində oldular. Burada mənzillər  dəniz mənzərəlidir. Möhtəşəm fasad, geniş həyət, uşaqlar üçün oyun zonaları, sakinlərə özəl iaşə obyektləri ilə hərşey əlinizin altında olacaqdır. Kompleksin yaxınlığında məşhur "Göyərçin abidəsi" yerləşir.

Tavanının hündürlüyü 3 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC” , sanitar qovşağının kafel-metlağı isə İspaniya malıdır. Döşəmələri İndoneziya istehsalı parket olacaq mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkiləcək. Mənzillər üçün Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik radiatorları da nəzərdə tutulmuşdur.

MALİYYƏ PROBLEMİ YOXDUR

Ədalət naminə qeyd edə bilərik ki,  “Kristal Abşeron”un bütün layhələrində tikintinin sürətlə getdiyini, işlərin keyfiyyətlə və zövqlə aparıldığının şahidi olduq. Bakı, Xırdalan və Sumqayıt şəhərində 20-dən artıq yaşayış kompleksini tikən şirkət güclü texnikası, material ehtiyatına malik olması ilə diqqəti cəlb edirdi. Bildirildi ki, “Kristal Abşeron” uzun illərdir tikinti biznesi ilə məşğul olduğundan maliyyə problemi də yoxd

CALLBACK