Keyfiyyət

İTALİYA
DİVAR KAĞIZLARI
ALMANİYA
HAMAM AKSESUARLARI
İSPANİYA
KAFEL METLAQ

Tikinti Keyfiyyəti  

tikinti keyfiyyəti

Möhkəm bünövrənin hazırlanması prosesindəki 7 mərhələ :

1.  Araşdırılma (torpaq-bərkidilmə)

2.  Svay qatı

3.  Şeben qatı

4.  Beton qatı (10sm)

5.  İzolyasiya

6.  Beton qatı (10sm)

7.  Konstruksiya işləri


Beton Keyfiyyəti 

Betonun keyfiyyətli olması üçün Almaniyanın Peri firmasının qəliblərindən istifadə olunur

Xüsusi özəlliyi sayəsində betonun quruma prosesini bütün texnoloji qaydalara uyğun aparılmasını təmin edir. Yəni betonda olan su və həlimi kənara buraxmır, ona görə beton öz suyunda (həlimində) marka alır və betonun quruma prosesini sürətləndirir. Armaturlar Rusiyadan sertifikatlı armaturlar alınır və döşənir. Armaturların parametrləri hər dəfə yerli labarotoriyada yoxlanılır

S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu inşaat materiallarının istehsalı və tikinti sənayesi sahələrində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə beton və armaturları keyfiyyətini yoxlayır. Yoxlanılma nəticələri aydın olmadan bina tikintiyə davam etmir.

Üzlənmə və Fasad 

Binanın nəfəs alması üçün Ağdağ suvax havalanmanı təmin edir, təbiidir

və təmirin daha keyfiyyətli aparılmasına zəmin yaradırıq

·         böyük həcmli səthlərdə istifadə zamanı təmir tez başa gəlir;

·         rahat işlənir, çatlamır, otaqlar nəfəs alır;

·         ekoloji cəhətdən faydalıdır;

·         PVA qatılmır;

·         sement və qum əsaslı suvaqlarla müqayisədə tikililərin yükünü azaldır;

Daş yunu materialının üstünlükləri

·        ·               Təbii daşlardan hazırlanır

·         Daş əsaslı olduğuna görə heç bir halda yanmır

·         Ekoloji olaraq ən təmiz məhsul sayılır. Heç bir kimyəvi yapışdırıcı almadan preslənir.

·         9 qatdan ibarət olan fasad örtüyü məsaməli olduğuna görə nəfəs alır və buna görədə daxili məkanlarda heç vaxt nəmişlik və qaralma müşahidə olunmur.

·         İstifadə olunan qalınlıqdan asılı olaraq effektiv istilik və soyuqluğa qarşı əvəzsiz izolyasiya materialıdır. Qeyd olaraq demək olar ki, 5sm daş yunu materialı fasadda  80sm kərpici əvəz edir.

·         Bu cür sistemlə qurulmuş fasad ən azı 25 il təmirsiz olaraq xidmət göstərə bilir.

·         Dünyada ən geniş yayılmış istilik izolyasiya materialı hesab olunur.

·         Gələcəkdə istifadə olunacaq enerji sərfiyyatını azaldır və daha az kombi, kondisioner istifadəsinə səbəb olur.

·         Çöl divar ilə iç divarın temperatur fərqinin artmasına imkan vermir və  hava cərəyanının qarşısını alır

 

Təmir Keyfiyyəti təmir keyfiyyəti


“Kristal Abşeron” olaraq inşa etdiyimiz layihələrin təmir-tikinti keyfiyyətini hər zaman daha da yaxşılaşdırmağa çalışırıq. Bu məqsədlə yeni qlobal markalarla əməkdaşlığa başladıq. Bu markalar aşağıdakılardır.

Amerika markası “Guardian Glass” pəncərə şüşələri

Mənzilin pəncərə şüşələrinin düzgün seçilməsi binanın həm estetikliyini, həm də enerji səmərəliliyini artırır və büdcəyə qənaət etmək üçün şərait yaradır. “Guardian Glass” pəncərə şüşələri temperatur izolyasiya xüsusiyyəti sayəsində mənzildaxili temperaturu qoruyur. Səs izolyasiya xüsusiyyəti isə kənar səs-küyün mənzilə daxil olmasının qarşısını alır. Yüksək şəffaflığa malik bu şüşələr gün işığının mənzilə daha çox daxil olmasını təmin edir. Əsk etdirmə xüsusiyyəti isə mənzilə daxil olan zərərli günəş şüalarının qarşısını alır. Fasad izolyasiya ilə birlikdə “Guardian Glass” pəncərə şüşələrinin istifadəsi enerjiyə 45%-dək qənaət etmək imkanı yaradır.

Kanada markası “Coswick” mühəndis parketləri

“Coswick” mühəndis parketləri ən son istehsal texnologiyalarına və yüksək dəqiqliyə sahib müasir qurğularda yüksək keyfiyyətli ağacdan istifadə edilərək hazırlanır. Təmirdə istifadə edilən parket həm interyerin estetikliyinə, həm də mənzilin rahatlığına birbaşa təsir edir.Bu amilləri nəzərə alıb deyə bilərik ki, “Coswick” mühəndis parketləri ideal seçimdir. Uzunmüddətli istifadəyə yararlılıq, cızıqlara və korroziyaya davamlılıq, temperatur və səs izolyasiya xüsusiyyəti, quraşdırma asanlığı, dizayn funksionallığı və ekoloji təmizlik “Coswick”in əsas üstünlükləridir.

Yaponiya markası “Mitsubishi” liftləri

Lift sənayesində təhlükəsizlik əsas prioritetdir. “Mitsubishi” liftləri sənaye standartlarını qabaqlayan təhlükəsizlik texnologiyaları ilə təchiz edilmişdir. Həmçinin şirkət ətraf mühitə təsirini minimuma endirmək üçün ekoloji cəhətdən təmiz materiallardan istifadəyə üstünlük verir. Buna görə də sakinlər Mitsubishi liftlərindən inamla istifadə edə bilərlər. Sürətli daşınma, səs-küysüz işləmə, ağıllı lift həlləri, enerji səmərəliliyi “Mitsubishi” liftlərinin əsas üstünlüklərindəndir.

İtaliya istehsalı “Immergas” kombi sistemləri

Kombi sistemləri arasında “Immergas” məhsulları enerjiyə qənaət məsələsində digərlərindən ciddi şəkildə fərqlənir. “Immergas” kombi sistemləri həm mənzili, həm də məişət istifadəsi üçün lazım olan suyu eyni anda qızdırır. Bu inteqrasiya iki ayrı istilik sisteminə olan ehtiyacı aradan qaldıraraq enerji səmərəliliyini artırır. Kombi qızdırma sistemi tətbiq edilən layihələrimizdə “Immergas”dan istifadə ediləcək.

Almaniya istehsalı “Grohe” hamam aksesuarları

 “Grohe” keyfiyyət baxımından qlobal bazarda aparıcı şirkətlərdəndir və bir sıra üstünlüklər təqdim edir. “Grohe” hamam aksesuarları cızıqlara, ləkələnməyə və korroziyaya davamlı, gündəlik istifadəyə yararlıdır. Asan quraşdırılma texnologiyası və sudan səmərəli istifadə bu markanın üstünlüklərindəndir. Premium materiallardan istifadəsi, dəqiq mühəndislik həlləri bu məhsulların uzunömürlü olmasını təmin edir. Bununla da “Grohe” hamam aksesuarları uzun illər sizə xidmət edəcək.  

İtaliya istehsalı “Gewiss” elektrik açarları və aksesuarları

İtaliya istehsalı olan “Gewiss” üslub, innovasiya və etibarlılığın unikal birləşməsinə görə digər brendlərdən seçilir. Klassik, müasir və ya minimalist üsluba üstünlük verməyinizdən asılı olmayaraq, “Gewiss” estetik seçimlərinizə uyğun müxtəlif dizaynlara malikdir. Yüksək keyfiyyətli materialların istifadəsi, innovativ texnologiyaların tətbiqi “Gewiss” elektrik açarlarının uzun müddət və qüsursuz işləməsini təmin edir.

İtaliya istehsalı “Prysmian” yanmayan kabellər

“Prysmian” kabel sistemləri sənayesində qlobal liderlərdəndir. Ənənəvi elektrik kabelləri yanğına və həddindən artıq istiyə məruz qaldıqda zəhərli qazlar buraxa, alov yaya bilər ki, bu da elektrik yanğınlarının yaratdığı təhlükələri artırır. Qısa qapanmaya qarşı davamlı olan “Prysmian” kabelləri isə yandıqda belə insan sağlamlığı üçün təhlükə törətmir. Beləliklə mənzilin yanğın təhlükəsizliyi daha yüksək səviyyədə təmin edilir.

İnşası davam edən bütün şəhər layihələrimizdə bu markalardan istifadə edirik. Qeyd edək ki, “Guardian Glass” pəncərə şüşələri “City Garden Narimanov” və “Park Yasamal” layihələrində istifadə edilir.

 

BİZ SİZƏ ZƏNG EDƏK!