Park Əcəmi

Satış şərtləri
10%-dən başlayan ilkin ödəniş, 20 ilədək kredit müddəti
Layihənin statusu
Tikintisi davam edir
Ünvan
Nəsimi rayonu Hüseynbala Əliyev 15

Kristal Abşeron “Memar Əcəmi” metro stansiyasının yaxınlığında növbəti möhtəşəm layihənin inşasına start verir. Nəsimi rayonu, Hüseynbala Əliyev 15-də yerləşən yaşayış kompleksinin müasir üslublu memarlığı zövqlə yaşamaq istəyənlər üçün əvəzsiz seçim olacaq. Bənzərsiz landşaft özünəməxsusluğu ilə göz qamaşdıracaq. 17, 18 və 20 mərtəbəli olmaqla 3 binadan ibarət kompleksin ərazisində həm sizin, həm də övladlarınızın istirahəti üçün bütün imkanlar düşünülüb. Planda övladlarınızın asudə vaxtını xoş keçirməsi üçün yaşıllıqla əhatə olunmuş oyun parkları və əyləncə sahələrinin də olması var. Həmçinin kompleksin yaxınlığıda “N. Məmmədov” adına 9 nömrəli tam orta məktəbin olması övladları məktəbli olan sakinlər üçün sözün əsl mənasında yerinə düşəcək. Həm rahatlığı həm də müasir memarlıq üslubuyla diqqətləri özünə yönəltməkdə heç də çətinlik çəkməyən binaların fasadı keramoqranitlə üzlənəcək. Binalarının daş yunu ilə izolyasiya olunması onların yayda sərin, qışda isə isti qalmasını təmin edir. Həmçinin qonşu divarlar arasında daş yunu izolyasiya tətbiq edildiyi zaman mənzillər arası səs keçiricilik problemi də aradan qalxır.

Layihənin 4-cü və 3-cü mikrorayon dairələrinin və əsas yol qovşaqlarının yaxınlığında yerləşməsi onun əlverişli xüsusiyyətlərindən biridir. “Memar Əcəmi” metro stansiyasına cəmi 5 dəqiqəlik piyada məsafədə olması, şəhərin müxtəlif istiqamətlərinə hərəkət edən avtobus dayanacaqları ictimai nəqliyyatı da daha əlçatan edərək sakinlərin rahatlığının təminatı olacaq.

Bütün mənzillər tam təmirli və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışlıdır.

Dayanacaq axtarmamaq və avtomobillərinizdən nigaran qalmamanız üçün lift ilə bir başa mənzillərə qalxma imkanı verən geniş yeraltı avtodayanacaq xidmətinizdə olacaq.  

Yaşayış kompleksində 24 saat fasiləsiz mühafizə xidmətinin və kamera nəzarət sistemlərinin olması sakinlərin təhlükəsizlik və rahatlığına zəmanət verir, komendant xidməti isə sakinləri xırda məişət qayğılarından azad edir. 

İpoteka Kalkulyatoru

manat
manat
manat
(012) 513 11 10 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!