Şərifzadə

Satış şərtləri
20%-dən başlayan ilkin ödəniş. İllik 6% olmaqla, 20 ilədək kredit müddəti
Layihənin statusu
Tikintisi bitib
Ünvan
Yasamal rayonu, Şərifzadə küçəsi 122

Mətbuat və Şərifzadə prospektlərinə çıxışı olan Şərifzadə layihəsi artıq sakinlərin istifadəsinə verilmişdir. Layihənin yaxınlığında ASAN Xidmət, Rabitə Bank, 158 saylı məktəb, ATV telekanalı, ticarət mərkəzləri, Musabəyov parkı, bazar və Rabitə qovşağı (ATS) yerləşir.

İnşaatçılar metrosuna piyada 2 dəqiqəlik məsafədə!

Şərifzadə layihəsinin tikintisində Ukrayna istehsalı armatur və kimyəvi qatqısız “B25” markalı betondan istifadə olunub. Binaların pilləkən və dəhlizlərinə mərmər döşənmiş, bayır divarlarına isti və soyuğu keçirməyən xüsusi izolyasiya qatı çəkilmişdir. TexnoNikol şirkətinin izolyasiya sistemləri (daş yunu) soyuq havada mənzilinizi isti, isti havada isə sərin saxlayır. İzolyasiya sistemi  həmçinin büdcənizə qənaət etməyə kömək edir.  Mənzillərin qızdırlması və soyudulması üçün sərf olunan enerji az olduğundan, işıq və qaz xərcləri daha aşağı olur. 

Mənzillərdə E.C.A. şirkətinin fərdi istilik sistemləri quraşdırılmışdır

Tavanının hündürlüyü 3 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC” , sanitar qovşağının kafel-metlağı isə İspaniya malıdır. Mənzillərdə İndoneziya istehsalı parket və İtaliya istehsalı olan parça tərkibli divar kağızları istifadə olunmuşdur. Həmçinin mənzillərdə Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik radiatorları quraşdırılmışdır.

Layihənin yaxınlığında Müsabəyov parkı və Yasamal parkı yerləşir!

Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti mövcuddur. Mənzillər xüsusi qurğularla təmizlənmiş isti və soyuq su ilə daimi təmin edilir. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılmışdır. Bina 7/24 təhlükəsizlik kameralarının nəzarətindədir!

İpoteka Kalkulyatoru

manat
manat
manat
(012) 432 11 21 / (050) 274 33 00 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!