“PREMİUM” ADLI, STİMULLAŞDIRICI, TİRAJLI LOTEREYANIN KEÇİRİLMƏSİ BARƏDƏ ŞƏRTLƏR
1. TƏŞKİLATÇI HAQQINDA MƏLUMAT
1.1. Lotereyanın təşkilatçısı: “Kristal Bakı” Açıq Səhmdar Cəmiyyəti tikinti fəaliyyəti ilə məşğul olmaqla respublika ərazisində çoxmənzilli binaların tikintisi və satışını həyata keçirir (bundan sonra “Təşkilatçı” adlanacaq).
- Təşkilatçının hüquqi ünvanı: AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti (Xırdalan), ev 11, mənzil 2
- Təşkilatçının faktiki ünvanı: AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 32/24
- VÖEN: 3103396091
- Əlaqə nömrələri: (050) 448-00-00, *1544,
1.2. Lotereyanın obyekti: Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi 460 ünvanında inşa edilən “City Garden Narimanov” yaşayış kompleksindən tam və ya hissəvi ödəniş etmək şərti ilə müqavilə əsasında mənzilin və qeyri-yaşayış sahəsinin alınması.
2. LOTEREYANIN ADI, FORMASI, MÜDDƏTİ VƏ KEÇİRİLDİYİ ƏRAZİ
2.1. Lotereyanın adı və forması: “PREMİUM” adlı, stimullaşdırıcı, tirajlı lotereya (bundan sonra “Lotereya”).
2.2.Lotereyanın başlama tarixi: 02 dekabr 2024-cü il.
2.3.Lotereyanın bitmə tarixi: 01sentyabr 2025-ci il.
2.4. Tirajın tarixi: 13.09.2025-ci il.
2.5. Lotereyanın keçirilmə ərazisi: Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi 460 ünvanında inşa edilən “City Garden Narimanov” yaşayış kompleksi.
3. LOTEREYADA İŞTİRAK VƏ UDUŞUN MÜƏYYƏN EDİLMƏSİ QAYDALARI
3.1. Lotereyanın iştirakçısı olmaq istəyən şəxs www.kristalabsheron.az vebsaytında Lotereyanın şərtləri ilə tanış ola bilər.
3.2. Lotereyada iştirak edən şəxs bu Şərtlərə uyğun olaraq “City Garden Narimanov” layihəsində bu şərtlərin 1.2-ci bəndində qeyd edilən lotereya obyektinin alışına görə Lotereyada iştirak etmək üçün 1 şans qazanır.
3.3. Lotereya biletini aşağıdakı yolla əldə etmək olar:
3.3.1. Bu şərtlərin 1.2-ci bəndində göstərilən ünvanda yerləşən “City Garden Narimanov” yaşayış kompleksindən sahəsindən asılı olmayaraq mənzil və qeyri-yaşayış sahəsi alışına dair “Kristal Bakı” ASC ilə Alqı-satqı müqaviləsi bağlayan və müqavilə şərtinə əsasən tam və ya hissəvi formada ödəniş edən, 18 yaşı tamam olmuş fiziki şəxs (Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslər) lotereyada iştirak hüququ qazanır. İştirakçıya Alqı-satqı müqaviləsi üzrə hər mənzilə və qeyri-yaşayış sahəsinə görə “City Garden Narimanov” satış ofisindən kağız formada olan bir lotereya bileti verilir. Lotoreya bileti kəsim xəttinə görə iki hissədən ibarətdir. Lotereyanın nömrəsi 11 simvoldan ibarətdir (CGN-PL-0001). İştirakçı lotereya biletinin hər iki hissəsində ad, soyad, ata adı və həmin günün tarixini yazdıqdan sonra Təşkilatçının möhürü vurulur və kəsim xəttindən kəsilir. İştirakçı tərəfindən kəsilən hissələrdən biri satış ofisində quraşdırılan, mühafizə olunan və şəffaf rəngdə olan lototrona atılır, digər hissəsi isə iştirakçıda qalır.
Məsələn: şəxs bu şərtlərin 1.2-ci bəndində göstərilən ünvanında yerləşən “City Garden Narimanov” satış ofisinə yaxınlaşaraq “Kristal Bakı” ASC tərəfindən inşa edilən binalardan almaq istədiyi mənzil və qeyri-yaşayış sahəsi üzrə seçim edir, daha sonra ödəniş şərtlərini dəqiqləşdirərək (tam və ya hissəvi ödəniş etməklə) alqı-satqı müqaviləsini imzalayır. Alqı-satqı müqaviləsi imzalandıqdan və satıcının bank hesabına ödəniş (satıcının bank hesabına və ya HÖP vasitəsi ilə) edildikdən sonra müştəriyə ƏDV geri alınması üçün müvafiq sənədlər təqdim edilir.
3.4. Bu şərtlərin 2.4-cü bəndində göstərilən tarixdə “Xəzər” televiziya kanalında canlı yayında lototron vasitəsi ilə təsadüfi qaydada həyata keçiriləcək. Uduşlu lotereya biletinin seriya və nömrəsi canlı yayımda elan olunacaq.
3.5. Lotereyanın hər bir qalibinə telefon və SMS vasitəsi ilə məlumat veriləcəkdir.
3.6. Lotereyada qalib olan şəxs Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi 460, “City Garden Narimanov” satış ofisinə yaxınlaşaraq lotereya biletinin onda olan hissəsini və şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. Bundan sonra uduşun təhvil-təslim aktı qalib olan şəxs və Təşkilatçı tərəfindən imzalanmalıdır, sonuncu isə Lotereya qalibinin şəxsiyyət vəsiqəsinin surətini akta əlavə etməlidir. Qalib şəxs aktı imzalamaqla hədiyyəni tam qaydada və qüsursuz əldə etdiyini təsdiqləmiş olacaqdır. Qaliblər, uduşlar elan olunduqdan 150 (bir yüz əlli) iş günü ərzində onları təhvil almalıdır.
3.7. Qalib olan şəxs uduşu özü əldə edə bilmədiyi halda, onun nümayəndəsi notarial qaydada təsdiq edilmiş etibarnaməni və bu Şərtlərin 3.6-cı bəndində qeyd olunan müvafiq sənəd və məlumatları Təşkilatçıya təqdim etməklə əldə edə bilər.
4. LOTEREYANIN UDUŞ FONDU HAQQINDA MƏLUMAT
4.1. Bu şərtlərin 3-cü maddəsinə uyğun olaraq qeydə alınan iştirakçılar aşağıdakı siyahıda əks olunan hədiyyələri əldə etmək hüququna malik olacaqdır:
-01 ədəd yeni model “Porsche Taycan” markalı minik avtomobili;
-2 ədəd 2 nəfərlik Maldiv adalarına 4 ulduzlu oteldə 7 gecə, 8 günlük səhər yeməyi daxil olan tətil paketi (Qeyd: Maldiv adalarına 30 günə qədər viza tələb edilmir);
-01 ədəd bu şərtlərin 1.2-ci bəndində qeyd edilən ünvanda yerləşən kompleksdə avtomobil üçün 18 kv.m-lik qaraj;
-04 ədəd Iphone 16 Pro (128 GB) markalı mobil telefon;
-10 ədəd Samsung UE55DU7100UXRU markalı 4K televizor;
-10 ədəd Xiaomi 4 Lite / BHR7109EU model elektrikli skuter.
4.2. Qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalentinin ödənilməsinə yol verilmir.
4.4. Uduşlar bu şərtlərin 3.6-cı bəndində qeyd edilən müddətdə Lotereyanın qalibi tərəfindən əldə edilməyibsə, Təşkilatçının sərəncamında qalır.
4.5. Uduş fonduna hər hansı əlavə vəsaitin qoyulması nəzərdə tutulmamışdır.
5. LOTEREYA BARƏDƏ MƏLUMATIN TƏQDİM EDİLMƏSİ VƏ DƏRC EDİLMƏSİ QAYDALARI
5.1. Lotereyanın keçirilməsi şərtləri Təşkilatçının www.kristalabsheron.az vebsaytında və aşağıda göstərilən sosial şəbəkələrində qeyd edilir.
https://www.instagram.com/kristalabsheron/?hl=trhttps://www.facebook.com/KristalAbsheron/https://www.tiktok.com/@kristalabsheron?_t=8r8OYAlea2P&_r=1
https://www.youtube.com/c/KristalAb%C5%9Feron
6. LOTEREYADA İŞTİRAKLA BAĞLI İSTİSNALAR
6.1. Aşağıda göstərilən şəxslərin Lotereyada iştirak etmək hüquqları yoxdur və istənilən halda Lotereyanın iştirakçısı sayılmırlar:
- 18 yaşına çatmamış şəxslər.
- Hüquqi şəxslər.
- Fərdi sahibkarlar.
- “City Garden Narimanov” yaşayış kompleksindən avtomobil üçün qaraj alan şəxslər.
7. DİGƏR MÜDDƏALAR
7.1. Lotereyada iştirak edən şəxs lotereyaya qoşularaq Təşkilatçının www.kristalabsheron.az vebsaytında yerləşdirilən bu şərtlərlə tanış və onun bütün müddəaları ilə razı olduğunu, habelə bütün şərtləri və tələblərini yerinə yetirmək öhdəliyini qəbul etmiş olur.
7.2. Təşkilatçı lotereyada qalibin yazılı razılığı ilə onun adı, soyadı, atasının adı, foto, video, audio və digər məlumatları reklam məqsədləri üçün istifadə edə bilər. Təşkilatçı lotereyada udan şəxsin yazılı razılığı ilə göstərilən məlumatların, foto şəkillərin, müsahibələrin və digər materialların kütləvi informasiya vasitələrində, habelə hər hansı çap, audio-video materiallarında pulsuz olaraq istifadə edə bilər. Bu cür təqdimat, materiallara dair bütün hüquqlar Təşkilatçıya məxsusdur.
7.3. Təşkilatçı iştirakçılar tərəfindən verilən səhv məlumatın təqdim edilməsinə görə məsuliyyət daşımır.
7.4. Lotereyanın Təşkilatçısı və iştirakçıları arasındakı mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmədə baxılır.
7.5. Lotereya iştirakçılarının Lotereyanın təşkili ilə bağlı bütün iddiaları Lotereyanın Təşkilatçısına - AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 32/24 ünvanına çatdırılmalıdır.
7.6. Bu şərtlərlə nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənəcəkdir.