“Kristal Abşeron” tərəfindən
əhalinin məşğulluğunun artırılması və işlə təmin olunması ilə bağlı atılan
addımlar istiqamətində keçirilən “Kristal Tədris Mərkəzi” sosial layihəsinin
birinci buraxılışı uğurla yekunlaşıb.
Layihədə 30-dan
çox iştirakçı 6 peşə üzrə 1 ay davam edən tədris prossesinə cəlb
olunublar. Elektrik, bənna, qəlibçi, qaynaqçı, santexnik və rəngsaz ixtisasları
üzrə tədris alan iştirakçıların tam təhlükəsiz şəraitdə əyani vəsaitlər və
simulyasiyalar ilə peşə bacarıqlarının formalaşdırılması həyata keçirilib. Tədris
müddəti boyunca bütün iştirakçıların zəruri ehtiyacları “Kristal Abşeron” tərəfindən
qarşılanıb. Tədrisin gedişatı peşəkar mütəxəssislər tərəfindən təşkil olunub.
Onu da qeyd edək ki, təlim müddətini müvəffəqiyyətlə bitirən iştirakçılar 35-dən
çox iştirakçı bitirdikləri ixtisasları üzrə işlə təmin olunublar.
“Kristal Tədris Mərkəzi” sosial layihəsinə növbəti qəbul şirkət tərəfindən
ictimaiyyətə elan olunacaq. Layihəyə qeydiyyat üçün isə vətəndaşların
+994 51 207 66 59 mobil nömrəsi ilə əlaqə yaratması xahiş olunur.