Xəbərlər

Kristal Abşeron Prezidentin yubileyi münasibətilə ağacəkmə aksiyası keçirdi - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyi münasibətilə Şamaxı şəhərində ağacəkmə aksiyası həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Kristal Abşeronun təşkilatçılığı ilə təşkil olunmuş aksiya çərçivəsində şəhərin relyefi nəzərə alınmaqla ümumilikdə 2060 ədəd müxtəlif cinsli ağac əkilib.

Kristal Abşeron bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini daim diqqət mərkəzində saxlamağı prioritet məqsədlərdən biri hesab edir və bu sahədə şirkət tərəfindən bugünədək onlarla aksiya həyata keçirilib.

BİZ SİZƏ ZƏNG EDƏK!