Bloq

İstismar müddəti bitən binalar

Hər bir insan yaxşı təmirli, komfortlu, zəlzələyə davamlı evdə yaşamaq istəyər. Daşınmaz əmlak siyahısında ev ilk sıralarda yer alır.  Ölkəmizdə sağlam evin olmasına o qədər önəm verilir ki, ailə həyatı qurmuş şəxsə də evli deyilir.Bu məsələdə evli olmağın mənəvi dayaqla bərabər, maddi imkanlar sırasındakı evə sahib olmaqla da incə bir bağlılığı var. İnsanlar ailə qurmaq məsələsində olduğu kimi ev almaq seçimində də keyfiyyətə önəm verir.

Bu məqalədə istismar müddəti bitən binalardan bəhs edəcəyik. Ölkəmizdə istismar müddəti bitən binaların sökülməsi prosesi aktiv fazada davam etməkdədir. Belə binaların 90 faizi Sovet hakimiyyəti və ondan öncəki zamanlarda inşa olunub və onların istismar müddəti bitdiyi üçün artıq qəzalı vəziyyətdədirlər.

İstismar müddəti bitmiş binaların əksəriyyətində bərbad kanalizasiya sistemi qaçılmazdır. Belə binaların zirzəmisi də su ilə dolub-daşır. Bu da rütubəti çoxaldır. Rütubət revmatizm kimi bir sıra xəstəliklərin əsas 'xidmətçilərindəndir.' Bundan əlavə, o cür evlərdə kifli göbələklərin miqyası da çox geniş olur. Bu da bir çox xəstəliklərin yaranmasına səbəb olur.

Məsələn, kif göbələkləri ağcaqanaddan dəfələrlə zərərlidir. Belə ki, insan oğlu daimi şəkildə bu göbələklərlə təmasdadır və bu göbələklər binanın hər tərəfində, hətta yatdığımız yorğan döşəkdə belə minlərlə olur. Bu göbələklər əgər bizim ətrafımızda çoxdursa, deməli bizim daxilimizdə də çoxalacaqlar. Burun dəliklərindən aldığımız nəfəslə keçib daima rinit adlı xəstəliyi (burun balıqqulaqlarının iltihabı) əmələ gətirirlər və əgər rütubətlə  bağlı bir tədbir görülməsə, yuxarı ağciyər yollarının infeksiyalaşmasına, bronxitlərə, vərəmə, faringitə,  bronxial astmaya səbəb olurlar. Hələ bu qeyd olunan xəstəliklər yalnız nəfəslə keçənlərdir. Qida ilə keçib mədə bağırsaqda çoxalan göbələklər daha təhlükəlidir. Belə ki, bağırsaqlarda çoxalmış göbələklər özlərindən toksinlər (zəhərlər) ifraz edirlər.

Qəzalı bina dağılmağa ən potensiallı namizəddir. Buna görə belə hallara həssas və diqqətlə yanaşmaqda fayda var. Bəs istismar müddəti bitən bina necə müəyyən olunur? Bu məsələnin də öz klassik və müasir yanaşmaları və standartları var. 

Yeni bina tikilərkən onun əsas fundamenti beton üzərində qərarlanır. Fundament binanın yerin altında qalan hissəsi sayılır. Burda digər vacib nüans binanın yerdən yuxarıda yerləşən hissəsinin də keyfiyyətli betondan ibarət olmasıdır.  

Bu gün hər hansı bir bina tikilərkən betonun möhkəmliyini yoxlamaq üçün labarotoriya üçün həmin betondan nümunələr götürülür və onun keyfiyyət müddətini, möhkəmliyini müəyyən edirlər. Onu da qeyd etmək lazımdır ki, betonun keyfiyyətini sement stimullaşdırır. Bilməli olduğunuz bir məsələ də odur ki, faktiki olaraq, sementin keyfiyyət markalarına görə betonun işlənmə sahələri də dəyişir. 

Binaların tikintisində istifadə olunan betonlar inşaat, norma və qaydaları ilə tənzimlənir. Betonun tərkibindəki konponentlər arası struktur mübadiləsi pozulduğu üçün bir müddət sonra beton öz keyfiyyətini itirir. Keyfiyyətini itirmiş beton ovulmağa başlayır və elastikliyi ilə bərabər möhkəmliyini də itirir. 

Qəzalı vəziyyətdə olan binanın əlamətləri bunlardır:

o    Binanın əsas strukturu olan betondakı çatların çoxalması;

o    Binanın suvağının ovulması və çürüməsi;

o    Hər bir kənar təsirə həssaslığının artması (bura hava şəraitinin sərtliyi, insan tərəfindən olan istənilən təsirlər, təbiət hadisələri və s.)

Hətta belə binaları restavrasiya və təmir etdirmək, əlavə pul itkisi ilə bərabər, səmərəsizlik sayılır. Belə binalarda yaşamaq insan həyatı üçün təhlükəlidir. Təhlükəsizlik üçün yeni bina seçimi etmək daha məsləhətlidir.

BİZ SİZƏ ZƏNG EDƏK!